Məqalələr

Şəlpə qulaq əməliyyatı (otoplastika) | Qulaq Estetik Əməliyyatı (Çömçə Qulaq)

+994 50 600 04 44 WhatsApp ilə Əlaqə
səlpə qulaq əməliyyati.

Şəlpə qulaq əməliyyatı (otoplastika)

Keçmişdə qulağın görünüşü ilə bağlı ömür boyu narahat hiss etdirən problemləri bu gün artıq həll etmək mümkündür. Xüsusilə məktəbyaşlı uşaqlar üçün kompleksə çevrilən şəlpə qulaq vaxtında müalicə olunmalıdır.

Qulaq estetik əməliyyatı nədir?

Qulaq estetik əməliyyatına aşağıdakılar daxildir:
Şəlpə qulaqlığı aradan qaldırmaq;
Qulaq seyvanının yenidən bərpası (qismən və tam);
Asimmetriyanı düzəltmək;
Qulaq qığırdağının formasını modelləşdirmək.

 

Qulaq estetik əməliyyatı üçün ən uyğun yaş neçədir?

Qulaqların inkişafı əksər hallarda 5-6 yaşa qədər tamamlanır. Bu səbəbdən məktəbə başlamazdan öncə qulaq estetik əməliyyatı edilə bilər. Əməliyyatın həmin yaşlarda olunması xüsusilə uşağın psixoloji vəziyyətində meydana çıxacaq mənfi halların qarşısını ala bilər.

Qulaq estetik əməliyyatında anesteziya

 

Əməliyyatı lokal, yəni yerli və ya ümumi anesteziya tətbiqi ilə həyata keçiririk. Bu zaman ən önəmli nüans xəstənin yaşını nəzərə almaqdır. Qulaq estetik əməliyyatı zamanı kiçik yaşlarda ümumi, böyüklərdə isə daha çox yerli anesteziyaya üstünlük veririk.

Qulaq estetik əməliyyatı

Qığırdağının modelləşdirilməsi təşkil edir. Dəridə kəsik apardıqdan sonra qulaq seyvanı qığırdağını ehtiyatla götürür və modifikasiya edirik. Modifikasiya qulaq seyvanının təbii burum əmələ gətirilməsinə və yeni istiqamətdə qoyularaq qulaq seyvanı ilə ənsə nahiyəsi arasındakı bucağın kiçildilməsinə yönəldilir. Dolayısıyla, şəlpə qulaq əməliyyatı  zamanı yaranı tikdikdən sonra qulaq seyvanlarının ön səthinə tənzif yastıqcıqlar qoyuruq. Ona görə ki, bu, qulağın yeni şəklinin formalaşmasına kömək edir. Sonra başa sirkulyar sarğı qoyulur. Davametmə müddəti problemin səviyyəsinə görə dəyişsə də, ümumiyyətlə, 45-90 dəqiqəyə tamamlayırıq. Xəstəxanada yatmağa ehtiyac yoxdur.

Qulaq estetik əməliyyatından sonrakı mərhələ

Əməliyyatın sonunda 1-2 həftə ərzində qalması şərtilə qulağa xüsusi lentlər yapışdırır və sonra çıxarırıq. Estetik problem yarada biləcək bir iz olmur. Çünki tətbiq olunan kəsiklər qulağın arxasında qalır. Bərpa zamanı və ya sonralarda eşitməyə təsir göstərmir və insan normal həyat yaşayır.

Əməliyyatın effektivliyi.

Nəticəsi sabit və ömürlük olur. Zaman keçdikcə qulaq qığırdaqlarının cüzi sərtləşməsi müşahidə edilə bilər. Eyni zamanda, qulaq seyvanlarının havanın temperatur dəyişikliklərinə həssaslığı arta bilər.

https://www.samisamin.com/rinoplastika-burun-emeliyyati/

Doktor Sami  Saminin instagram hesabında keçid edərək əməliyyat nəticələrinə nəzər yetirə bilərsiniz.

https://www.instagram.com/drsamisamin/

KONSULTASİYA VƏ PLANLAMA

Fərdi Cərrahi Baxış və Dəqiq Planlama

Anatomik xüsusiyyətlərinizi Dr. Sami Samin ilə fərdi müayinə zamanı dəyərləndirin, sizə ən uyğun cərrahi planı müəyyənləşdirin.

Tibbi Ekspert Yoxlamasından Keçib
Yeniləndi: 3 dəq oxu 0 rəy
Müəllif • Tibbi Ekspert Yoxlamasından Keçib

Dr. Sami Samin

Plastik, Rekonstruktiv və Estetik Cərrah • Baku Medical Plaza

Baku Medical Plaza ISAPS Üzvü TPCD Üzvü

Təhsilini və uzmanlığını Türkiyənin qabaqcıl tibb universitetlərində tamamlamış, beynəlxalq estetik cərrahiyyə cəmiyyətlərinin (ISAPS, TPCD) fəal üzvüdür. Hazırda Bakıda Baku Medical Plaza klinikasında pasiyentlərin qəbulunu və cərrahi əməliyyatlarını həyata keçirir.

Bu məqalə Dr. Sami Samin tərəfindən beynəlxalq tibbi protokollara (Mayo Clinic, NHS, ASPS, Cleveland Clinic) əsasən yazılmış və təsdiq edilmişdir.

Fikrinizi Bildirin

E-poçt ünvanınız dərc edilməyəcək. Vacib xanalar * ilə işarələnib.