Sinə estetikası

Süd Vəzi Böyütmə

Günümüzdə ən çox icra edilən estetik əməliyyatlardan biri süd vəzlərinin böyüdülməsi əməliyyatıdır. Süd vəzlərinin həcminin böyüdülməsi üçün bir neçə metod vardır. Bu metodlardan ən çox istifadə ediləni protez ilə süd vəzlərinin böyüdülməsidir. Bundan başqa Piy İnyeksiyası (Kök hüceyrə və ya PRP dəstəkli ola bilər) və ya dolğu maddəsi inyeksiyası metodları da mövcuddur. Dolğu maddəsi ilə həcm artırma prosedurası hər nə qədər zəruri sənədlərlə təsdiqlənsə də, ədəbiyyatlarda haqqında əks təsirlərinin çox olması ilə bağlı məlumatlar oduğu üçün və əks təsir göstərdiyi hallarda bu dolğu maddələrinin süd vəzi toxumalarınızdan çıxarılmasının çox çətin olması səbəbilə bu proseduranı məsləhət görmürəm. Piy inyeksiyası ilə süd vəzi həcminin artırılması haqqında mübahisələr keçmişdən bu günə qədər davam edir. Günümüzdə piy inyeksiyasının xərçəngə səbəb olmadığı və etibarlı üsul olduğu məlumatı aktualdır. Vücudunda kiçicik belə olsa iz qalmasını istəməyən, böyük həcm tələb etməyən və bir neçə seans əməliyyatı qəbul edən, vücudundakı piy ehtiyatı münasib olan pasientlərdə bu tətbiq edilə biləcək metoddur. Protez ilə süd vəzinin böyüdülməsi müxtəlif forma və tərkibli silikon implantların süd vəzi toxuması altına yerləşdirilməsi ilə həyata keçirilir. Protezin ömrünün fərddən fərdə fərqli olmasına baxmayaraq, heç bir problem olmadıqca 15 -25 il arasındadır. Daha sonra dəyişdirilməsi istənilməsə də çıxarılması məsləhət görülür. Protezdən istifadə ilə xərçəngin yaranması arasında ağlabatan əlaqə hələ də müəyyənləşdirilməyib. Protez etibarlı bir üsuldur, çünki problem halında bədəndən asanlıqla çıxarıla bilər.

ƏMƏLİYYAT SƏBƏBLƏRİ
Bu prosedura adətən kiçik, yaxşı inkişaf etməmiş və ya hamiləlikdən, əmizdirmədən sonra həcmini itirmiş süd vəzləri üçün icra edilir.

  • Süd vəzlərinin kiçik olmasının fərdin bədənini tanıması və özünə inamında problem yaratması
  • Çanaq və sinə arasındakı nisbətin qeyri-düzgün olması
  • Doğumdan sonra süd vəzlərinin kiçilməsi, sallanması və ya boşalması
  • Arıqlayıb-kökəldikdən sonra süd vəzlərinin kiçilməsi və yüngül sallanma
  • Döşlərin fərqli ölçülərdə olmaı

ƏMƏLİYYATDAN ƏVVƏL NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR
Əməliyyatdan əvvəl mütləq şəkildə süd vəzləri müayinə edilməlidir. Təhlükəli hallarda və ya 40 yaşdan yuxarı şəxslərdə süd vəzinin ultrasəs müayinəsi və mamoqrafiya ilə süd vəzilərinin vəziyyəti qiymətləndirildikdən sonra əməliyyata qərar verilir.

ƏMƏLİYYATIN YAŞ HƏDDİ
Süd vəzi toxumalarının inkişafı tamamlandıqdan sonra, yəni 18 yaşdan sonra məsləhət görülür. Lakin yeniyetməlik dövründə bir süd vəzinin çox inkişaf edib digərinin inkişafdan qaldığı POLAND SİNDROMU və süd vəzində ciddi forma pozğunluğu yaradan inkişaf problemi olan TUBEROZ SÜD VƏZİ DEFORMASİYASI KİMİ hallarda assimetrik və problemli süd vəzləri zamanı ciddi psixoloji narahatlıq keçirən pasientlərə valideynin razılığı ilə daha erkən yaşlarda protez ilə süd vəzlərinin böyüdülməsi əməliyyatını icra etmək mümkündür.

ƏMƏLİYYAT METODLARI
Protezlərin süd vəzinin altına yerləşdirilməsi zamanı 4 müxtəlif giriş nahiyəsindən birindən istifadə edilir. Bunlar döş giləsinin rəngli kənarı, döş qatının altı, qoltuqaltı və ya göbək dəliyi nahiyələridir. Göbək dəliyindən yalnız su ilə şişirdilən protezlər istifadə edilir və xüsusi avadanlıqdan istifadə ilə icra edilir. Bu səbəblə günümüzdə çox nadir hallarda istifadə edilir. Pasientin müayinəsinə və həkimin seçiminə əsasən digər nahiyələrdən hansından istifadə ediləcəyinə qərar verilir. Protezin yerləşdirilməsi üçün normalda vücudumuzda olmayan bir boş sahə yaradılmalıdır. Süd vəzi toxumasının altında sinə əzələlərimiz yerləşir. Əmələ gətirilən boş sahə (cib) süd vəzi toxumasının altında əzələ ilə süd vəzi toxuması arasında (subqlandurlyar- əzələ üzəri), həm süd vəzi, həm əzələ toxumasının altında (subpektoral – əzələ altı) və ya qismən süd vəzi toxuması, qismən də əzələ altında (Dual Plan) ola bilər. Yenə də, xəstənin müayinəsinə əsasən bu müxtəlif üsullardan hansından istifadə ediləcəyinə qərar verilir.

DÖŞ PROTEZİNİN FORMASI
Süd vəzinin böyüdülməsində istifadə edilən implantlar əsasən iki qrupa ayrılır: yuvarlaq və damla (anatomik) formasında. Damla modelli protezlərdə döş giləsi və altında qalan hissə daha dolğun olur. Bu implant əsasən süd vəzi toxumasının çox az olduğu və bu səbəblə də örtücü toxumanın kifayət qədər olmadığı hallarda istifadə edilir. Bu protezlər müxtəlif endə, uzunluqda və hündürlükdə istehsal edilir. Seçim gövdənin tipinə əsasən edilə bilər. Lakin üstünlüklükləri ilə yanaşı, mənfi tərəfləri də mövcuddur. Əgər protez əmələ gətirilən boşluqda dönərsə bu zaman görünüşdə fərq yaranacaqdır.Yuvarlaq protezlər süd vəzinin üst tərəfində daha çox dolğunluq istənilən hallarda seçilir. Özünüzə aid kifayət qədər toxuma olduqda, bilinmədən və dönmə riski olmadan istənilən effekti əldə etmək mümkündür. Aparılan araşdırmada Plastik Cərrahların özləri belə, əzələ altına yerləşdirilən protezin növünü yüksək nisbətlə təxmin edə bilməyiblər. Bu səbəblə əzələ altına protez yerləşdirilməsinə qərar verilibsə, anatomik və ya yuvarlaq protezdən istifadənin xüsusi hallar istisna olmaqla heç bir fərqi yoxdur. Protezin növünə qərar verən zaman həkiminizin məsləhətlərinə əməl edin, həkiminizdən başqa sizə verilən məlumatların fikrinizi qarışdırmasına icazə verməyin. Döşü böyütmək üçün istifadə ediləcək protezin ölçüsünü müəyyən edərkən, fərdin süd vəzi və döş qəfəsinin forması, boyu, çəkisi və bədən ölçüləri nəzərə alınmalıdır. Bu fizioloji sərhədlərə əməl etməklə pasient və həkim birlikdə istifadə ediləcək protezin təxmini böyüklüyünə və formasına qərar verirlər. Əməliyyat zamanı protez üçün boşluq (cib) hazırlandıqdan sonra firmalar tərəfindən hazırlanan test protezləri yerləşdirilərək yekun nəticə müəyyən edilir. Bu protezlər qalıcı proteziniz deyil, sadəcə əməliyyat zamanı test üçün istifadə edilən protezlərdir. Bəzən planlaşdırılan protezin bir ölçü böyüyünə və ya kiçiyinə aid test protezləri də yoxlanılır və hansı ən mükəmməl nəticə göstərirsə, ona uyğun qalıcı protezdən istifadə edilir. Vücudunuza yerləşdirilən qalıcı protezin test üçün istifadə edilməsi qeyri-mümkündür. Paketindən açıldıqdan sonra yalnız sizin üçün istifadə edilməlidir. Test protezlərindən istifadə edilməsinin də səbəbi məhz budur.

ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Əməliyyatlar xəstəxana şəraitində, ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyatın müddəti, əməliyyat üsulu və çərçivəsindən asılı olaraq 1,5-3 saat arasıdır. Əməliyyat bitdikdə döşlərə sarğı edilir və büstqalter taxılır. Dəmirsiz xüsusi büstqalterlər şiş və ağrılara qarşı faydalıdır. Pasient əməliyyatdan bir neçə saat sonra ayağa qalxa bilər, bir gün sonra isə evə yazılır. Yatış vəziyyəti, ağrıya nəzarət və ehtimal olunan ağırlaşmaların yaxından izlənilməsi üçün əməliyyat olunduğu gecəni xəstəxanada keçirməsində fayda vardır.

SAĞALMA MÜDDƏTİ
Əməliyyatdan sonra ağrıya dərmanla asanlıqla nəzarət edilə bilər və bir neçə gündən sonra ağrı yox olur. Əməliyyatın izləri zamanla solur, 6 ay – 1 ildən sonra isə nəzərə çarpmayacaqdır. Əməliyyatdan sonrakı ilk bir neçə ay döşləriniz şiş olduğu üçün bir az daha böyük və gərgin ola bilər. Zamanla əsl ölçüsünə düşəcək və yumşalacaqdır. 3-5 gündən sonra duş qəbul edə bilər və işə başlaya bilərsiniz. Əməliyyatdan sonra:

  • Yürüyüş edə bilərsiniz, lakin ağır, döş əzələlərini gərən (tennis, üzgüçülük kimi) idmanlar 6-8 həftə təxirə salınmalıdır.
  • Xəstələr əsasən bir neçə gün ərzində işlərinə davam edə bilərlər, lakin 1 həftə maşın idarə etməməsi, 3 həftə ağır qaldırmaması və qollarını yuxarıya doğru hərəkət etdirməməsi məsləhət görülür.
  • Yaranın sağalmasının intensiv olduğu ilk 15 gün ərzində özünüzü tərləməkdən qoruyun.
  • İdman hərəkətləri zamanı mütləq şəkildə həkiminizin məsləhət gördüyü büstqalterdən istifadə edin.
  • Əməliyyatın birinci ilində yara izi yüksək qoruyucu faktorlu günəş kremi ilə və ya lentlə günəşdən qorunmalıdır, əks halda iz daha tünd rəngdə olacaqdır.
  • Döş implantı hamiləliyə mane olmur. Heç bir problemsiz əmizdirmə aktı icra edilə bilər.
  • Mamoqrafiya yoxlanmasından əvvəl müayinə həkiminə mütləq məlumat verilməlidir. Müayinə buna əsasən aparılmalıdır. Döş implantına MRT və kompüter tomoqrafiyası heç bir mənfi təsir göstərmir, asanlıqla radioloq tərəfindən müayinə edilə bilər.
  • Silikon süd vəzi implantlarının son istifadə müddəti olmur. Lakin 15 -25 il sonra həm implantda ehtimal olunan forma pozuntularına görə, həm də implant kapsulasındakı nazikləşmə səbəbilə çıxarılması və ya dəyişdirilməsi məsləhət görülür.
  • Ən az 3 ay dəmirli büstqalterlərdən istifadə edilməməlidir.
Sami Samin həkimə zəng et