Sinə Estetikası

Süd Vəzinin Kiçildilməsi

Həddən artıq böyük və sallaq olan süd vəzlərinin kiçildilərək formaya salınması prosedurasıdır. Həddindən artıq kökəlmə, genetik və hormonal səbəblər, yaş ötməsi, bəzi dərmanlar və şişlər və s. səbəblərlə süd vəzlərində həddən artıq böyümə və sallanmalar müşahidə edilə bilər. Döşlərin kiçildilməsi əməliyyatında; artıq süd vəzi toxuması, piy toxuması və dəri çıxarılaraq daha kiçik, yüngül və estetik döşlər əldə etmək mümkündür.

İCRA EDİLMƏ SƏBƏBLƏRİ
Estetik baxımdan xoşagəlməz görünüş (böyüklük, sallaqlıq, döş giləsi nahiyəsinin enlənməsi, döş giləsinin döşün alt qatından daha aşağı səviyyədə olması).
Alt geyim və geyim seçimində çətinliklər.

ƏMƏLİYYATDAN ƏVVƏL NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR
Əməliyyatdan əvvəl mütləq şəkildə süd vəzləri müayinə edilməlidir. Təhlükəli hallarda və ya 40 yaşdan yuxarı şəxslərdə süd vəzinin ultrasəs müayinəsi və mamoqrafiya ilə süd vəzilərinin vəziyyəti qiymətləndirildikdən sonra əməliyyata qərar verilir.

ƏMƏLİYYATIN YAŞ HƏDDİ
Süd vəzinin kiçildilməsi əməliyyatı süd vəzi toxumasının inkişafının tamamlandığı 17-18 yaşından etibarən icra edilməklə yanaşı, bəzi xüsusi hallarda daha erkən yaşlarda da icra edilə bilər.

ƏMƏLİYYAT METODLARI
Süd vəzlərinin kiçildilməsi əməliyyatları üçün müəyyən edilmiş bir sıra metod vardır. Hər metodun özünə görə üstünlükləri və mənfi təsirləri olduğu hallar mövcuddur. Xəstənin yaşı, müayinə simptomları və istəklərə əsasən münasib metod seçilir. Misal olaraq, gələcəkdə uşaq əmizdirmək istəyən gənç pasientlərdə süd kanallarının qorunduğu metoddan sitifadə edilir. Bu metodlar ilə gələcəkdə xəstənin körpəsini əmizdirmə ehtimalı əməliyyat olmamış şəxslərlə eynidir. Əməliyyat üçün seçilən metoddan asılı olmayaq əsas hədəf:

  • Artıq süd vəzi və dəri toxumasının bədəndən xaric edilməsi,
  • Sallanmış döş giləsinin lazımı yüksəkliyə qaldırılması,
  • Süd vəzi toxumasının yenidən formalaşdırılmasıdır.

Bütün bu səbəblərlə, demək olar ki, bütün metodlarda əməliyyat nəticəsində aerola ətrafında bir iz və çıxarılacaq artıq dərinin kənarlaşdırılması üçün üfiqi və şaquli digər izlərin kombinasiyaları olacaqdır. Müayinə edildikdən sonra bunlardan hansının sizə uyğun olduğu izah ediləcəkdir.

ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Süd vəzi kiçildilməsi əməliyyatları ümumi anesteziya altında aparılır və orta hesabla əməliyyat 3 saat çəkir. İlk bir neçə gün ərzində axacaq qan və mayeləri kənarlaşdırmaq üçün hər iki döşün yanına nazik drenaj yerləşdirilir. Əməliyyatın ertəsi günü pasient evə buraxılır. Xəstələr onlara məsləhət görülən büstqalterdən istifadə edərək bir neçə gün sonra gündəlik həyatlarına və işlərinə davam edə bilərlər.

ƏMƏLİYYATDAN SONRA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

  • Əməliyyat yerindən cüzi maye axması və qabıqlanma olması təbii haldır.
  • 3-4 həftə ərzində ağır qaldırmamalı və itələməməlisiniz.
  • Bir neçə həftə idman hərəkətlərinizi məhdudlaşdırmalısınız.
  • Həkiminizin məsləhət gördüyü büstqalteri mütəmadi istifadə etməlisiniz.
  • Yara nahiyənizin yumşalması və toxumalarınızın güclənməsi üçün təxminən 6 – 8 həftə keçməlidir. Bu müddət ərzində süd vəzlərinizə yüngül təmasdan başqa bütün növ müdaxilələrdən uzaq durmalısınız.
  • Gələcəkdə uşaq əmizdirməyi düşünürsünüzsə, bu baxımdan süd kanalları qorunaraq əməliyyatınız icra ediləcəyi üçün fiziki cəhətdən heç bir maneəniz olmayacaqdır.
  • Süd vəzi toxumasında müəyyən miqdarda piy toxuması da olduğu üçün, kökəlib-arıqlama zamanı və ya hormonal dəyişikliklər zamanı süd vəzlərinizin ölçüsündə yenə də qismən dəyişiklik olacaqdır.
  • Lakin bu məhdud böyümə olub süd vəzləriniz əvvəlki ölçüsünə geri qayıtmayacaqdır.
  • Süd vəzinin kiçildilməsi əməliyyatının nəticəsində bir miqdar süd vəzi toxumanız kəsilərək götürüldüyü üçün süd vəzi xərçəngi olma ehtimalınız da azalacaqdır. Lakin yerdə qalan süd vəzi toxumasında xərçəngin inkişaf etmək ehtimalı davam etdiyi üçün xərçəngə qarşı mütəmadi müayinələrinizi axsatmamalısınız.
Sami Samin həkimə zəng et