Üz Estetikası
Qulaq Estetikası
Qulaq estetikası ən çox qulaq ölçüsünü kiçiltmək və ya şəlpə qulaq vəziyyətini düzəltmək məqsədilə icra edilir. Plastik cərrahiyyədə qulaq seyvanının normadan artıq önə doğru qatlanması şəlpə qulaq (protruding ear) adlanır. Qulaq seyvanındakı Y şəklindəki qığırdak büküşünün yetərsiz inkişafı və ya düz qalmasının cərrahi bərpası prosesidir.
ŞƏLPƏ QULAQ ESTETİKASI
Xalq arasında şəlpə qulaq çox vaxt yanlış olaraq böyük qulaq kimi qəbul edilir. Halbuki əsl səbəb, büküşlü olması lazım gələn bəzi hissələrin düz olması və bu səbəblə qulağın baş ilə daha böyük bucaq əmələ gətirərək önə çıxması, yəni öndən baxdıqda qulağın daha aydın görünməsidir. Şəlpə qulaq vəziyyətini aradan qaldırmaq üçün qulaq estetikası aparılır.
ƏMƏLİYYAT METODLARI
Otoplastika ümumiyyətlə şəlpə qulaqları başa daha yaxınlaşdırmaq, çatışmayan qığırdak qırışlarını formalaşdırmaq və ya böyük qulaqları kiçiltmək məqsədilə edilir. Bu əməliyyat adətən 6 yaşından etibarən həyata keçirilir. Əməliyyatda qulaq arxasından daxil olaraq ehtiyac olduqda qığırdak toxuması çıxarılmaqla və ya çıxarılmadan qulaq büküşləri dikişlərlə estetik hala gətirilir və qulaq kəllə əsasına uyğun anatomik mövqeyə yerləşdirilir.
ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Şəlpə qulaq əməliyyatları uşaqlarda ümumi anesteziya altında, böyüklərdə isə yerli anesteziya ilə icra edilir. Əməliyyat təxminən 1-1.5 saat çəkir. Qulaq arxasından kəsik aparıldığı üçün heç bir görünən iz qalmır.
SAĞALMA MÜDDƏTİ
Əməliyyatdan sonra qulaqlar sarğı ilə bağlanır və 2-3 gün sonra sarğı açılaraq qoruyucu saç bandı (tennisçi bandı) taxılır. Bu bandın 2-3 həftə xüsusilə gecələr taxılması qulaqların formasını qorumaq üçün vacibdir. Pasiyentlər bir neçə gün içində normal fəaliyyətlərinə qayıda bilərlər.

