Sinə estetikası

Süd Vəzilərinin Rekonstrüksiyası

SÜD VƏZİ XƏRÇƏNGİ
Təəssüf ki, süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Orta hesabla hər 8-9 qadından biri süd vəzi xərçəngi xəstəliyinə tutulur.

MASTEKTOMİYA
Ümumi cərrahlar tərəfindən aparılan bu əməliyyatlar xərçəngli süd vəzi toxumalarınızın tamamilə və ya bir qisminin vücuddan kənarlaşdırılması prosedurasıdır. Süd vəzi rekonstrüksiyası (süd vəzinin yenidən formaya salınması) ur və ya başqa bir xəstəlik səbəbilə süd vəzi toxumalarının götürülməsindən sonra meydana çıxan toxuma itkilərinin yenidən formalaşdırılması olub plastik cərrahiyyənin ən uğurlu əməliyyatlarından biridir. Bu əməliyyatlar yalnız yeni süd vəzi yaratmır, eyni zamanda, qadının özünə yanaşmasını, inamını və həyat keyfiyyətini yüksək dərəcədə artırır. Süd vəzinin yenidən formalaşdırılması görünüş və hissiyat baxımında olduqca təbii ola bilər, lakin, yenidən formalaşdırılmış süd vəzi heç bir zaman kəsilərək götürülən təbii süd vəzi kimi görünməyəcək və eyni hissiyyatı verməyəcəkdir. Bu əməliyyatı nə vaxt düşünə bilərsiniz? Xərçəng diaqnozu qoyulduqdan etibarən rekonstruksiyanı düşünə bilərsiniz. Ən ideal variant isə, ümumi cərrahınız və plastik cərrahınızın birlikdə əməliyyatınızı planlaşdıraraq icra etmələridir.

ERKƏN DÖVRDƏ SÜD VƏZİNİN BƏRPASI
Süd vəzi xərçəngi səbəbilə icra ediləcək mastektomiya əməliyyatı əsnasında eyni zamanda rekonstruksiya əməliyyatının da icra edilməsidir. Bu müalicə xərçəng səbəbilə gələcəkdə aparılacaq müalicələriniz nəzərə alınaraq, toxumalarınızın xərçəngdən tamamilə təmizlənməsindən əmin olduğunuz təqdirdə seçilə bilər.

Süd vəzi rekonstruksiyasının gec dövrdə aparılması

Döşlərin rekonstruksiyası xərçəng müalicənizin tamamlanmasından bir neçə həftə, ay və ya bir neçə il sonra həyata keçirilir.

  • Səhhətiniz və ya həyat tərziniz,
  • Vücud tipiniz,
  • Süd vəzlərinizin böyüklüyü,
  • Yerdə qalan toxuma və dəri miqdarınız
  • Şəxsi seçiminiz
  • Metod seçildikdə nəzərə alınmalıdır.

SÜD VƏZİ REKONSTRUKSİYASINDA BEL ƏZƏLƏSİNDƏN İSTİFADƏ EDİLMƏSİ
Bu prosedura zamanı, belinizdəki və ya qoltuqaltınızdakı bir parça dəri və əzələ götürülərək, süd vəzlərinizin bərpası üçün istifadə edilir. Belinizdəki dəri və əzələ normalda olduqca nazik olduğu üçün yeni döşlərinizə daha dolğun forma vermək üçün bu metodla əsasən süe vəzi implantından istifadə edilir.

QARIN TOXUMALARINDAN İSTİFADƏ (TRAM FLEP) İLƏ SÜD VƏZİ REKONSTRUKSİYASI
Bu prosedura qarın toxumaları uyğun olan və ya protez ilə süd vəzlərinin formalaşdırılmasını istəməyən pasientlər üçün tətbiq edilir. TRAM flap (transvers rektus abdominus müskülokütan flap) prosedurasında süd vəzini yenidən formalaşdırmaq üçün qadının qarnından götürülən piy, dəri və lazım gələrsə əzələdən istifadə edilir. Daşınan toxumalar süd vəzi formasına salınır.

PROTEZ İLƏ SÜD VƏZİ REKONSTRUKSİYASI
Ən çox istifadə edilən üsul dərinin əvvəlcə fərqli prosedura ilə genişləndirilməsi və daha sonra yaradılan sahəyə qalıcı protez qoyulmasıdır. Bu əməliyyatda əvvəlcə süd vəzi sahəsindəki dərini genişləndirmək üçün döş divarının altına toxuma genişləndirici qoyulur. Təxminən bir neçə ay sonra dəriniz kifayət qədər genişləndikdən sonra, ikinci əməliyyat ilə toxuma genişləndirici
çıxarılaraq daha qalıcı protez yerləşdirilir. Bəzi toxuma genişləndiricilər isə qalıcı xüsusiyyətdə istehsal edilmişdir.

SÜD VƏZİ REKONSTRUKSİYASINDA İSTİFADƏ EDİLƏN DİGƏR ALTERNATİVLƏR

DİGƏR TOXUMA KÖÇÜRMƏLƏRİ
Adətən istifadə edilən toxumalar pasientə uyğun gəlmədikdə, vücudun başqa nahiyələrindən əsasən izləri geyim ilə gizlədilə bilən toxuma köçürmələri mikrocərrahiyyə metodları ilə daşınaraq süd vəzi toxuması formalaşdırılır.

PİY İNYEKSİYALARI
Vücudun başqa nahiyyələrindən götürülən piy toxumaları müəyyən proseduradan keçirldikən sonra döş nahiyəsinə köçürülür. Ümumiyyətlə orta ölçüdə bir döş yaratmaq üçün kifayət qədər piy toxumasının daşınması qeyri-mümkündür. Bu metod daha çox əməliyyatdan sonra cüzi düzəlişlər və ya süd vəzinin kiçik hissəsi çıxarılan pasientlərə köməkçi müalicələr üçün tətbiq edilir.

DÖŞ GİLƏSİNİN FORMALAŞDIRILMASI
Döş giləsinin formalaşdırılması süd vəzinin formalaşdırılmasında son mərhələdir. Süd vəzi toxumanız düzgün metodla formalaşdırılaraq son formasına salındıqdan və digər süd vəzi ilə assimmetriyalar aradan qaldırıldıqdan sonra icra edilir. Adətən xəstənin yatırılmasına ehtiyac olmayaraq yerli anezteziya ilə həyata keçirilir. Döş giləsi və ətrafındakı rəngli hissə olan areolanın formalaşdırılması da seçimdən asılı olaraq bir və ya iki əməliyyat ilə həyata keçirilə bilər.

SÜD VƏZLƏRİNİN BƏRABƏRLƏŞDİRİLMƏSİ
Süd vəzi rekonstruksiyasında bir neçə əməliyyat vacibdir. İlk əməliyyatlar ən çətinlərdir; ikinci əməliyyatlar isə dah asandır. Toxuma genişləndiricinin çıxarılaraq protez qoyulması və ya döş giləsi və areola rekonstruksiyası bunlara aiddir. Əksər hallarda, yeni formalaşdırılan süd vəzinin digər süd vəzi ilə eyni olması üçün, normal süd vəzinin bir az kiçildilməsi, dikləşdirilməsi və ya böyüdülməsi lazım gəlir. Lakin bu əməliyyatlarda da yara izlərinin yarandığını diqqətdən qaçırmamalıyıq.

RİSKLƏR
Hər bir əməliyyatda olduğu kimi bu əməliyyatda da ehtimal edilən uğursuz əməliyyat və toxuma itkiləri ən çox qorxulan problemlərdir. Bundan başqa kiçik yara sağalma problemləri, yaranın sağalmasının gecikməsi, əməliyyatdan sonrakı ağrılar əsasən asanlıqla müalicə edilən problemlərdir.

SAĞALMA MÜDDƏTİ
Mastektomiya (süd vəzinin götürülməsi) ilə birlikdə icra edilən süd vəzinin rekonstruksiyası və ya sadəcə toxuma ilə süd vəzinin rekonstruksiyası əməliyyatından sonra normal həyatınıza qayıtmanız üçün 6 həftə lazım gələ bilər. Protez əməliyyatında isə bu müddət daha qısa ola bilər. Rekonstruksiya ilə formalaşdırılan toxumanın normal hissiyatı olmur, lakin, zamanla çox az hissiyat yarana bilər. İzlərin çoxu sola bilər və ya qabarıb qızararaq daha da nəzərə çarpan ola bilər. Bu halda kəsik izləri üçün əlavə müalicələr etməniz lazım gələcəkdir. İzlər əsasən bir neçə il ərzində solaraq daha az nəzərə çarpan olmasına baxmayaraq, izlər heç bir zaman yox olmayacaqdır.

PASİENTLƏRİN MƏMNUNİYYƏTİ
Unutmayın ki, bu əməliyyatlar siz pasientlərimizin daha rahat və əmin həyat sürməsi üçün nəzərdə tutulmuşdur və yüksək uğurla həyata keçirilərək xəstə məmnuiniyyəti qazandıran əməliyyatlardır.

Sami Samin həkimə zəng et