Mastopeksiya

Ginekomastiya

Ginekomastiya; kişilərdə süd vəzlərinin qadınların süd vəzləri kimi böyüməsinə verilən addır. Kişilərin süd vəzlərinin piylənmə və hormonal səbəblərlə normadan artıq böyüməsi halıdır.

ƏMƏLİYYATIN İCRA EDİLMƏ SƏBƏBLƏRİ
Hormonal disbalans, qaraciyər və yaxud qalxanabənzər vəzi xəstəlikləri, siroz, qəbul edilən bəzi dərmanlar, narkotik istifadəsi və bəzi xərçəng növləri kimi onlarla səbəb kişilərdə süd vəzlərinin böyüməsinə, yəni ginekomastiyaya səbəb ola bilər. Yeniyetməlik dövründə (13-15 yaş) oğlan uşaqlarının əksəriyyətində müşahidə edilir və təxminən 70-90%-i 1-2 il ərzində öz-özünə düzəlir, süd vəzləri normal ölçüsünə geri qayıdır. Əməliyyatın icra edilmə səbəblərini bu şəkildə sadalaya bilərik:

• Döşlərdə şişlik, ağrı və gərginlik
• Döşlərin böyüməsindən yaranan fiziki və zehni narahatlıq
• Döş xərçəngi riski olan xəstələr

ƏMƏLİYYATIN YAŞ HƏDDİ
Yeniyetməlik dövrü (17) bitdikdən etibarən bu əməliyyat icra edilə bilər. Daha erkən yaşda fizioloji dövr başa çatmadığı üçün bu əməliyyat məsləhət görülmür. Yeniyetməlik dövrünə çatmayan şəxslərin əməliyyata qərar verməzdən əvvəl 2 il gözləmələri daha doğru olardı. Lakin yetkin kişilərdə süd vəzi xərçəngi ehtimalı nəzərə alınmalı və diqqətli olunmalıdır.

ƏMƏLİYYAT METODLARI
Əməliyyatdan əvvəl həkiminiz sizi müayinə etməli və hansı növ ginekomastiya əməliyyatına ehtiyac olduğu müəyyən edilməlidir. Beləliklə, döşlərinizin böyüməsinə səbəb olan toxumanın piy və ya süd vəzi olduğu aydınlaşdırılır. Süd vəzlərinin böyüməsi nəticəsində meydana gələn ginekomastiyalarda süd vəzlərinin böyümüş hissələri çıxarılır. Süd vəzi toxuması çıxarıldıqda aerola ətrafında kəsik izi olacaqdır. Bu kəsik izinin aerolanın rəngli hissəsində gizlədilməsinə çalışılır. Piy toxumasının artması nəticəsində meydana gələn ginekomastiyada liposuction ilə piylərin çıxarılması əməliyyatı aparılır. Döşləri olduqca böyük olan kişilərdə piylər çıxarıldıqdan sonra sallanan dəri artıqlarını aradan qaldırmaq üçün dərini dartılması prosedurasına da ehtiyac ola bilər.

ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Ginekomastiya əməliyyatı yerli və ya ümumi anesteziya altında aparıla bilər. Hansı növ anesteziyanın tətbiq ediləcəyinə yaşınız və süd vəzlərinizin böyüklüyünə əsasən həkiminiz qərar verməlidir. Əməliyyat təxminən 1-2 saat çəkir. Ginekomastiya əməliyyatı olduqdan sonra həmin gün axşam və ya ertəsi gün evə gedə bilərsiniz.

SAĞALMA MÜDDƏTİ
Əməliyyatdan sonra xəstələr ertəsi gün normal həyatlarına davam edə bilərlər. Əməliyyatdan 2-3 gün sonra duş qəbul edilə bilər.

ƏMƏLİYYATDAN SONRA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

• Əməliyyatla döş toxuması götürülürsə, qan və mayeləri boşaltmaq üçün yara yerinizə silikon drenajlar qoyulur. Bunlar əməliyyatdan sonra 1-2 gün ərzində çıxarılacaqdır. Bu prosedur ağrısızdır.
• 3-4 həftə ərzində həkim tərəfindən tövsiyə olunan korset mütəmadi istifadə olunmalıdır.
• Əməliyyatla döş toxuması çıxarılırsa, cərrahi bölgənizdə qan və ya maye əmələ gələ bilər. Bu vəziyyətdə, bu mayelər müntəzəm müayinələrlə boşaldılacaqdır. Bütün döş toxumaları götürüldüyü üçün təkrarlanma müşahidə edilmir.

Sami Samin həkimə zəng et