Mastopeksiya

Süd Vəzi Dikləşdirilməsi

Süd vəzi toxuması dinamik toxumadır. Yeniyetməlik dövründə süd vəzləri inkişaf edir və fərdi xüsusiyyətlərə görə müxətlif ölçü və quruluşa malik olur. Doğuşdan, arıqlayıb-kökəlmələrdən sonra böyüyən süd vəzinin dərisi olur. Dəri və süd vəzinin içərisindəki daşıyıcı bağ toxumasının keyfiyyəti zaman ötdükcə azalır. Böyüyən və enlənən süd vəzi, daha sonra kiçilsə də bu örtük və dəstək toxuma əvvəlki formasına qayıtmır və nəticədə içərisi boşalmış bir torba kimi sallanmağa başlayır. Formasını itirmiş süd vəzinin yenidən bərpası üçün icra edilən əməliyyat süd vəzi dikləşdirmə əməliyyatı adlanır. Süd vəzi toxumanızın dəstəyi yığılaraq döş giləsi əvvəlki yerinə gətirilməyə çalışılır. Lakin bu yığma prosedurası bəzən təklikdə kifayət etməyə bilər. Əgər süd vəzi toxumasındakı həcm itkisi çoxdursa, bu zaman həmin itirilmiş həcm bərpa edilməlidir. Bu məqsədlə süd vəzi dikləşdirilməsi əməliyyatı zamanı, süd vəzi köçürməsi (implantı) də edilərək daha mükəmməl nəticə əldə edilir

ƏMƏLİYYATIN İCRA EDİLMƏ SƏBƏBLƏRİ?
Döşlərin sallanmasına bir sıra faktorlar səbəb olur. Yaş ötdükcə dərinin elastikliyini itirməsi səbəbilə insan vücudunun bir sıra nahiyəsində meydana gələn sallanmalar süd vəzi toxumalarında da özünü göstərir. Bu vəziyyətə hormonal dəyişikliklər, genetika, hamiləlik, əmizdirmə, yerin cazibə qüvvəsinin təsiri, arıqlayıb-kökəlmə, siqaretdən istifadə kimi səbəblər də əlavə edildikdə sallanmanın ölçüsü artır. Məhz süd vəzi dikləşdirməsi əməliyyatları bu problemləri azaltmaq və ya aradan qaldırmaq məqsədi ilə icra edilir.

ƏMƏLİYYATDAN ƏVVƏL NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?
Əməliyyatdan əvvəl mütləq şəkildə süd vəzləri müayinə edilməlidir. Təhlükəli hallarda və ya 40 yaşdan yuxarı şəxslərdə süd vəzinin ultrasəs müayinəsi və mamoqrafiya ilə süd vəzilərinin vəziyyəti qiymətləndirildikdən sonra əməliyyata qərar verilir. Əməliyyatdan əvvəl siqaret istifadəsindən imtina daha tez və problemsiz sağalmanıza kömək edəcəkdir. Aspirin və bəzi digər dərmanlar, həmçinin bəzi bitki tərkibli dərmanlar, bitki tərkibli qida əlavələri əməliyyatdan sonra qanaxmanı artıra biləcəyi üçün mütləq şəkildə əməliyyatdan əvvəl qəbulu dayandırılmalıdır.

ƏMƏLİYYAT METODLARI
Süd vəzi dikləşdirməsi əməliyyatlarında əvvəlcə müayinə aparılaraq süd vəzlərinin sallanma dərəcəsi, toxumanın elastikliyi, həcm itkisinin olub olmadığı qiymətləndirilir və pasient üçün ən uyğun əməliyyat metodu seçilir. Əməliyyat zamanı icra ediləcək kəsiklər deformasiyanın dərəcəsinə əsasən döş giləsinin ətrafı, döş giləsindən aşağıya dik kəsik və ya tərs T hərfi şəklində ola bilər.

ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Süd vəzi dikləşdirilməsi əməliyyatları ümumi anesteziya altında aparılır və əməliyyat orta hesabla 3 saat çəkir. Xəstə əməliyyatdan sonra həmin gün və ya əməliyyatdan sonrakı gün evə buraxılır. Tikişlər təxminən 10-12 gün ərzində çıxarılır. Xəstələr bir neçə gündən sonra tövsiyə olunan uyğun büstqalter taxaraq gündəlik fəaliyyətlərinə və ictimai həyatlarına qayıda bilərlər.

SAĞALMA PROSESİ
Əməliyyatda, sallanma dərəcəsindən və əməliyyat metodundan asılı olaraq fərqli ölçülərdə və fərqli yerlərdə kəsik izləri ola bilər. Xüsusilə süd vəzi dikləşdirilməsi əməliyyatlarından sonrakı ilk bir neçə gündə qol hərəkətlərində ağrı meydana gələ bilər. Bu vəziyyətdə ağrını idarə etmək üçün güclü ağrı kəsicilərindən istifadə olunur. Əməliyyat metodunuza görə döşlərinizin hər iki tərəfində drenajlar ola bilər. Drenajlarınız ilk bir neçə gün ərzində geri çəkilir. Döşün ideal formasını tapması 3-4 ay çəkir.

ƏMƏLİYYATDAN SONRA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

  • 3-4 həftə ərzində ağır qaldırmamalı və itələməməlisiniz.
  • Bir neçə həftə idman hərəkətlərinizi məhdudlaşdırmalısınız.
  • Həkiminizin məsləhət gördüyü büstqalteri mütəmadi istifadə etməlisiniz.
  • Yara nahiyənizin yumşalması və toxumalarınızın güclənməsi üçün təxminən 6 – 8 həftə keçməlidir. Bu müddət ərzində süd vəzlərinizə yüngül təmasdan başqa bütün növ müdaxilələrdən uzaq durmalısınız.
  • Gələcəkdə uşaq əmizdirməyi düşünürsünüzsə, bu baxımdan süd kanalları qorunaraq əməliyyatınız icra ediləcəyi üçün fiziki cəhətdən heç bir maneəniz olmayacaqdır.
Sami Samin həkimə zəng et