Reviziya

Reviziya Rinoplastikası

Reviziyanın çox müşahidə ediliyi nahiyələr və düzəldilməsi üçün müdaxilələr: 

Rinoplastika əməliyyatlarında burun ucunu kiçiltmək üçün bu nahiyədə yerləşən qığırdaqlardan (lateral sahə qığırdaqları) ümumilikdə bir qədər çıxarılır, əgər çıxarılan miqdar çox olarsa zamanla burnun uc hissəsinin burun ucunun ağırlığını daşıya bilməməsinə görə burun qanadlarında içəriyə doğru sıxacla sıxılmış kimi basıq görüntü yaradır. Bu deformasiyanı “pınch nose” olaraq adlandırırıq. 

Buna görə həm estetik baxımdan problemlər yaranır, həm də bu vəzyyətə görə burun qanadlarının açıqlığı azaldığı üçün buruna daxil olan hava axını azalaraq nəfəs almada problemlər yaranır. Burun qanadlarınızı yana doğru barmağınızla çəkdiyiniz zaman daha rahat nəfəs aldığınızı görə bilərsiniz (cottle testi). 

Reviziya rinoplastikalarda burun içərisində kifayət qədər qığırdaq tapılmazsa, bu qığırdaqlar əvvəlcə qulaq arxasından əldə edilir. Uc hissəsində yarana biləcək digər mühüm bir problem burun ucunun sallaq, lazım olandan dik və ya enli olmasından asılı olan problemlərdir. Burun ucunun sallaqlığı əsasən tez-tez rast gəldiyimiz problemdir, pasientlər əsasən ilk əməliyyatdakı nəticədən məmnun olduqlarını, lakin zamanla burun ucunun sallandığını bildirirlər. Bunun bir sıra səbəbi ola bilər. 

Burun Əyriliyi, Burun Axıntısında Problemlər 

Burunda sağa, sola “C” şəklində və ya “S” şəklində hər iki tərəfə doğru əyrilik ola bilər. 

Bu əyriliklərin səbəbi sadəcə sümük, qığırdaq və ya hər ikisi birlikdə ola bilər. Sümüklərdə əyriliklər, ilk əməliyyatda tam qırılmama, kifayət dərəcədə olmayan (yaş qırıq) və ya səhv səviyyədən qırılma və əməliyyatdan sonra burundan aldığınız travmalar ola bilər. Əyri burunlarda burun hər zaman əməliyyatdan sonra daha əvvəl əyri olduğu hissəyə doğru meyilli olur. 

Burun sümüyü yenidən lateral osteotomiya adlandırdığımız metodla qırılmalı və orta xəttə gətirilməlidir. Qığırdaqda olan əyriliklər zamanı bu əyri qığırdaqlar onları dəstəkləyəcək qığırdaqlarla (spreader greft) yenidən dəstəklənməlidir. 

Burnun körpü hissəsindəki sallanmalar, çökmələr və nahamarlıqlar 

Burnun körpü nahiyəsindəki çəpər hissəsinin çox götürülməsi nətiəsində zamanla bəzi problemlər ortaya çıxa bilər. 

Bunlardan ən ciddisi burun körpüsündə içəriyə doğru çökmələrdir (saddle nose), bu ciddi və düzəldilməsi də çox çətin olan problemdir. Yüngül çökmələr bu hissəyə qığırdaq bəndlər qoyularaq düzəldilə bilər. 

Lakin ciddi çökmələrdə əsasən qulaqdan və ya qabırğadan götürülən qığırdaqlar hazırlanaraq istifadə edilir. Bu qığırdaqlar bəzən götürülən fassiyalarla dəstəklənərək effektivliyi artırılır. 

Sami Samin həkimə zəng et