Rinoplastika

Burun Estetikası

Burun Əməliyyatı

Burun Əməliyyatı burnun formasını dəyişdirən cərrahi proseduradır. Burnumuz üzümüzün mərkəzində yerləşdiyi üçün əyrilikləri və nahamarlığı ən tez nəzərə çarpan orqandır. Burunla bağlı problemlər individualdır, əsasən fərdə və üz quruluşuna görə dəyişir. Bu səbəblə, hər bir burun formasının və üz quruluşunun fərqli olmasına görə burun əməliyyatı da fərdə və üzə uyğun şəkildə individual həyata keçirilməlidir.

Burun Əməliyyatı ilə burnunuzdakı problemə görə ediləcək müdaxilə və üsul sizə induvidual şəkildə həyata keçiriləkdir. Əsasən istifadə edilən açıq ( burun ucuna təxminən 1 smlik kəsik tətbiq edilərək) və qapalı (burun xaricinə kəsik tətbiq edilmədən) dediyimiz iki üsul mövcuddur. Bu üsulların hərəsinin öz üstünlükləri olması ilə yanaşı, əsas sizin burnunuzdakı problemi ən mükəmməl şəkildə həll etmək üçün həkiminizin sizə məsləhət görəcəyi üsuldur.

Burun Əməliyyatına “burnun yenidən formalaşdırılması” olaraq da tərif verə bilərik. Burun əməliyyatı  ilə burun ucunun və ya çəpər olaraq adlandırılan burun körpüsünün forması dəyişdirilə bilər, burun dəlikləri daraldıla bilər və ya burun və üst dodaq arasındakı bucaq dəyişdirilərək burun ucu qaldırıla bilər və ya uzun burun ucu qısaldıla bilər. Əyri burunlarda çəpər hissəsi çox həssas şəkildə yonularaq burun körpüsü üzünüzə uyğun estetik formaya salınır.

Bütün rinoplastikalar kosmetik səbəblə həyata keçirilmir, rinoplasti a ilə septoplastika və aşağı burun keçəcəyinin radiofrekansı proseduralarını bir əməliyyatda birləşdirərək eyni zamanda burun tıxanıqlığına səbəb olan, tənəffüs çətinliyi yaradan burundakı sümük əyrilikləri, ət böyüməsi və xoruldamaya səbəb olan tıxanıqlıqlar da düzəldilə bilər.

Burun estetik əməliyyatı etdirmək istəyən xəstələr tərəfindən ən çox sorulan və araşdırılan mövzulardan biri “Burun  əməliyyatı” edən ən yaxşı həkim kimdir? “sualdır. Ən yaxşı burun əməliyyatı cərrahını axtaran və ətrafından məsləhət alan xəstələr müəyyən məsələlərə diqqət yetirməlidirlər. Burun əməliyyatı olaraq da bilinən rinoplastika əməliyyatları, estetik əməliyyatlar arasında ən çətin əməliyyatlar olaraq bilinir. Türkiyədən və xaricdən gələn bir çox insan, xüsusən də Azərbaycanda burun əməliyyatı edən həkimlər burun əməliyyatında daha çox ölkəmizi üstün tutur. Xəstələrin Azərbaycana və ölkəmizə üstünlük verməsinin əsas səbəbi həm Otorinolarinqoloq, həm də plastik cərrahların öz işlərini yaxşı görmələri və çox təcrübəli olmalarıdır və burun əməliyyatı qiymətlərinin digər ölkələrlə müqayisədə daha əlverişli olmasıdır.

 

Beləliklə, “Mən ən yaxşı burun əməliyyatı həkimini necə tapa bilərəm?” Aşağıda yazılmış suallara cavab axtararaq özünüzə yol göstərə bilərsiniz.

 

Burun əməliyyatı etdirməyi düşündüyünüz doktoru araşdırdığınızdan əmin olun.

 

Əməliyyat etdirməyi düşündüyünüz doktoru sosial media saytlarında və forumlarda araşdırın. Rinoplastika əməliyyatı keçirmiş tanışlarınızın fikirlərindən yararlanın.

 

Burun əməliyyatları ilə məşğul olan həkimlərə üstünlük verin.

 

Burnunuzdakı funksional problemləri (burun tutlması, nəfəs ala bilməmək, burun qanaması, adenoid və badamcıq problemləri, sinüzit və s.) Estetik cərrahiyyə ilə həll etmək istəyirsinizsə, həkiminizin seçimini buna uyğun olaraq edin. Həm Qulaq Burun Boğazı – Baş və Boyun Cərrahları və Plastik Cərrahlar burun estetiği əməliyyatları həyata keçirirlər. Ancaq burnunuzdakı yuxarıda göstərilən funksional problemlərin həlli üçün mütləq Otorinolarinqoloq mütəxəssislərini seçməlisiniz.

 

Həkim təcrübəsi çox vacibdir.

Seçəcəyiniz həkimin təcrübəsi sahəsində çox sayda əməliyyatlar həyata keçirmiş olması önəmli nüansdır.

 

Bəzi Otorinolarinqoloq mütəxəssisləri burun estetik əməliyyatı etmək istəyən xəstələr üçün böyük bir üstünlük olan rinoplastika kimi xüsusi bir sahədə özlərini inkişaf etdirirlər. Rinoplastika sahəsində özlərini inkişaf etdirmiş həkimlər bu sahədəki texnoloji inkişafları daha yaxşı izləyə və bu yenilikləri rinoplastika əməliyyatlarında tətbiq edə bilərlər.

 

https://www.instagram.com/drsamisamin/ 

Sami Samin həkimə zəng et