Qapalı burun əməliyyatı nədir?
  • 273
  • 0

Qapalı burun əməliyyatı nədir?

Qapalı rinoplastikanı burun dərisini kəsmədən, yumşaq toxumaları açmadan və dəridə iz qoymadan həyata keçiririk. Bu əməliyyatda bütün kəsikləri burun dəliklərindən keçərək edirik. Kənardan heç bir kəsik aparılmır. Buna görə də burunda yara izi olmur. Qapalı rinoplastika bir sıra üstünlüklərinə görə bu gün ən çox seçilən burun əməliyyatı növüdür.

qapali burun emeliyyati

Qapalı rinoplastikanın üstünlükləri

Bunları aşağıdakı kimi sıralaya bilərik:

  1. Ən önəmlisi odur, burun xaricində heç bir kəsik aparılmadığı üçün özündən sonra iz qalmır.
  2. Qapalı rinoplastika etdirənlərin burnundakı hər hansı bir əzələ və ya toxuma zədələnmir.
  3. Burundakı yumşaq toxumalar zədələnmədiyi üçün daha təbii bir görünüş əldə edirik.
  4. Qapalı rinoplastikadan sonra minimal şişkinlik görünür və heç bir göyərmə olmur.
  5. Sağalma prosesi açıq rinoplastikaya nəzərən daha sürətli baş verir.

Qapalı burun əməliyyatı ilə hansı şikayətlər aradan qalxır?

Qapalı rinoplastika ilə açıq rinoplastikada həll edilən bütün problemlər aradan qaldırıla bilər. Yəni müxtəlif burun deformasiyaları, tənəffüs yollarında nəfəsalma şikayətlərinə səbəb olan bütün problemlərə müdaxilə etmək mümkündür.

Qapalı burun əməliyyatı necə edilir?

Qapalı rinoplastika əməliyyatı demək olar ki, ümumi anesteziya altında aparırıq. Burunda ciddi problem yoxdursa və müdaxilə edəcək sahə azsa, lokal anesteziyaya da üstünlük verilə bilər. Əməliyyatın müddəti orta hesabla 1-3 saat arasındadır. Burun dəliklərindən keçməklə edilən kəsiklər ilə ona lazımi müdaxilələr edilir və estetik tikişlərlə əməliyyat tamamlanır.

Qapalı rinoplastikadan sonra

Əməliyyat lokal anesteziya altında edilərsə, xəstəni həmin gün evə buraxmaq olar. Ümumi anesteziyadan sonra isə bir gün nəzarət altında qalmağı istənə bilər.
Qapalı burun əməliyyatından sonra qanaxmanı azaltmaq üçün buruna silikon atellər və qoruyucu bantlar vururuq. Bu atellər ilə xəstələr nəfəsalma problemi yaşamır. Onları 1 həftədən sonra çıxarırıq.
Qapalı rinoplastikadan sonrakı ilk 48 saat ərzində yüngül şişkinlik olması normaldır.
Xəstələr 1 həftədən və ya 10 gündən sonra gündəlik həyatlarına qayıda bilərlər.

Qapalı rinoplastikadan sonrakı ən önəmli nüanslar

Əməliyyatdan sonra aşağıda adı çəkilən nüanslara əməl etmək vacibdir.

  • Əməliyyatdan sonra ilk həftədə xəstələrə başlarının altında ən azı iki yastıqdan istifadə etmək məsləhətdir.
  • Yaxşılaşma müddəti orta hesabla 6 həftə çəkir. Əməliyyatdan 3 gün sonra duş qəbul etmək olar.
  • Xəstələr ağır idman növlərindən və iki ay günəş işığından uzaq olmalıdır.
  • Qapalı burun əməliyyatından sonra günəş eynəyindən istifadəni təxminən 2 ay təxirə salmalı.
  • Burunu günəş işığının birbaşa təsirlərindən qorumaq üçün qoruyucu kremlərdən ən azı bir ay istifadə etməli.

Burun əməliyyatı sonrası şəkillər

 

burun emeliyyatindan sonra

burun əməliyyatından sonra

rinoplastika emeliyyatindan sonra

Bu yazımızda Piezo Burun Estetikası haqqında oxuya bilərsiniz: https://samisamin.com/piezo-burun-estetigi/

Rinoplastika nədir? Kimlər Rinoplastika edə bilər? suallarına cavab tapmaq üçün bu məqaləmizi oxuya bilərsiniz:  Rinoplastika nədir?

Açıq rinoplastika haqqında bu məqaləmizdə bəhs etmişik: https://www.samisamin.com/aciq-rinoplastika-aciq-burun-emeliyyati/

https://www.instagram.com/p/CNaX4zKjvZv/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *