Burun çəpəri əyriliyi nədir? Burun çəpəri sümük və qığırdaq hissələrdən ibarətdir. Boyatma və inkişaf zamanı qığırdaq və sümük inkişafı qaydasında getmədikdə, bu, burun çəpəri əyriliyinə səbəb olur.
  • 2
  • 0

Burun çəpəri əyriliyi nədir?

Burun çəpəri sümük və qığırdaq hissələrdən ibarətdir. Boyatma və inkişaf zamanı qığırdaq və sümük inkişafı qaydasında getmədikdə, bu, burun çəpəri əyriliyinə səbəb olur.

Əməliyyat nə zaman zəruridir?

Burun çəpəri orta xətdən çox kənarlaşır və sağlamlıq üçün problem yaradırsa, əməliyyat zəruri olur. Məsələn, pasiyentlər tez-tez təkrarlanan burun qanaxması ilə üzləşirlər. Yaxud təkrarlanan sinusit, burun tutulmaları, üzdə, başda ağrıların olması, burunarxası axıntılar, xoruldama narahatlıq verir. Hətta otitlərin – qulaq xəstəliklərinin yaranmasında burun çəpəri əyriliyinin böyük rolu vardır. Burun tənəffüsü çətin olduqda məcburi olaraq ağızla nəfəs alırıq. Bu səbəbdən tez-tez təkrarlanan boğaz infeksiyaları, boğazda qurumağa bağlı olan şikayətlər, yuxu apnoesi yaranır. Belə şikayətlər çox olanda artıq əməliyyat zəruri olur.

Burun çəpəri əyriliyində estetik əməliyyat zərurəti

Bəzən burun çəpəri elə əyilir ki, estetik olaraq burunda da əyrilik müşahidə edilir. Burunun ön tərəfində əyrilik varsa, burada burun çəpərini düzəldəndə, estetik olaraq da müəyyən qədər düzəlmə baş verə bilir. Bəzən isə burunun xaricində elə deformasiya gedir ki, o, həm də nəfəsalmaya mane olur. Burun çəpərini düzəltsən də, həmin o xarici burunda olan əyrilik davam edirsə, yenə də xəstəni narahat edəcək.

Burun çəpəri əyriliyi əməliyyatında narkoz

Əməliyyat ümumi anesteziya altında aparılır. Ortalama 2-3 saat davam edir. Burun çəpəri əməliyyatı zamanı pasiyentə narkoz baxımından yanaşma fərqlidir. Çünki anestezioloqdan əsas istəyimiz əməliyyat müddətincə qan təzyiqinin aşağı həddə və stabil saxlamaqdır.

Əməliyyatın gedişi

Əgər çəpərdə əyrilik azdırsa, kiçik bir müdaxilə ilə əyrilik aradan qalxar. Yox əgər deformasiya həddən çoxdursa, bəzən həmin qığırdaq hissəni çıxarıb kənarda düzəldərək yenidən öz yerinə qaytarmaq lazımdır. Burun çəpəri əməliyyatı bitdikdən sonra burun daxilinə silikon splint yerləşdirib 5-7 gün sonra xaric edirik. Əvvəllər splint əvəzinə buruna tampon yerləşdirilirdi, bu da pasienti çox narahat edirdi. Çünki tampon çıxana qədər pasiyent məcbur olaraq ağızdan nəfəs almalı olurdu.

Burun çəpəri əməliyyatından sonra

Qanaxma riskini azaltmaq üçün 3 həftə aktiv hərəkətlərdən uzaq durun. Burnunuzda olan gips modelini tərpətməyin. Yatarkən 2 balışla yatın ki, başınız hündür olsun, şişkinlik çox olmasın. İlk 3 həftədə yuyunarkən çox isti duş qəbul etməyin. 1 ay eynək taxmayın.

Rinoplastika nədir? – Rinoplastika haqqında bilməniz gərəkənlər bu blogumuzda: https://www.samisamin.com/rinoplastika-burun-emeliyyati/

https://www.instagram.com/p/B8qbVeHjmTe/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et