Məqalələr

Açıq rinoplastika | Açıq burun əməliyyatı

+994 50 600 04 44 WhatsApp ilə Əlaqə
aciq rinoplastika emeliyyatindan sonra

Açıq rinoplastikada ən çox soruşulanlar

Açıq rinoplastika

burun dəlikləri arasında kiçik bir kəsik edərək həyata keçiririk. Bu hissədən dərini qaldırır və lazım olan müdaxiləni edirik.
Açıq burun əməliyyatını bütün tip burunlarda icra edilə bilər. Xüsusən travmatik, qalın dərili burunların plastikası, revizyon (təkrari) rinoplastikada bu üsula müraciət edirik. Həddən artıq əyriliyi olan burunların düzəldilməsi üçün də açıq burun əməliyyatına üstünlük veririk. Bu tip burunların korreksiyasında

qapalı rinoplastika

, demək olar ki, seçimimiz deyildir.

Açıq burun əməliyyatı nə qədər çəkir?

Açıq rinoplastika

çəpər əyriliyi və s. kimi problemlər yoxdursa, 2-2,5 saat çəkir. Lakin daha mürəkkəb ikincili problem və ya qığırdaq çıxarılması kimi digər prosedurlar varsa, əməliyyat müddəti uzanır.

Əməliyyatdan sonra nələrə diqqət etməli?

Açıq rinoplastikadan sonra xüsusən travma almamağa diqqət yetirin. Həmçinin ağız nahiyəsini yormayan yumşaq qidalar qəbul edin. Həkim tərəfindən təyin olunan vaxta qədər eynək taxmaq və dişləri çox fırçalamaq olmaz. Yatarkən hündür yastıqdan istifadə edin. Açıq

rinoplastika

əməliyyatından sonra həkim tərəfindən təyin olunan vaxta qədər idmanı dayandırın. Burundan nəfəs ala bilməmək səbəbindən yaranan ağız quruluğunu aradan qaldırmaq üçün bol su için. Ən azı 1 ay günəş kremindən istifadə edin.

Açıq burun əməliyyatlarında qanaxma çox olur?

Açıq rinoplastikada kəsik millimetr ölçüsündədir. Qanama həkim tərəfindən də arzuolunmaz vəziyyətdir. Həm cərrahi müdaxiləni çətinləşdirir, həm də postoperativ şişkinlik və göyərmələrin davametmə müddətini artırır. Ona görə də az qanaxma ola biləcəyi hissədən girərək bunun qarşısını mümkün qədər alırıq.

Açıq burun əməliyyatından sonra burunda qoxu itkisi olurmu?

Açıq rinoplastikadan sonra bu hissədəki ödem və ya dar bir yerdə selikli qişanın sıxılması səbəbindən qoxu problemi yaranmağı mümkündür. Lakin bu, müvəqqətidir.

Açıq burun əməliyyatlarından sonra göyərmə və ödem nə vaxt keçir?

Bu, etdiyimiz müdaxilənin növünə görə dəyişir, ümumilikdə 7-10 gün arasında göyərmələr saralır. Ən çox şişkinlik və ödem açıq rinoplastika əməliyyatından sonrakı ilk 2 gündədir. İlk həftədə ödemin əksər qismi keçsə də, tamamilə yox olması 3 aya qədər çəkə bilər.

Açıq rinoplastika əməliyyatından şəkillər

aciq burun emeliyyatindan evvel
Açıq burun əməliyyatından əvvəl
aciq burun emeliyyatindan sonra
Açıq burun əməliyyatından sonra
aciq rinoplastika emeliyyatindan sonra
Açıq rinoplastika əməliyyatından sonra
aciq rinoplastika emeliyyatindan evvel
Açıq rinoplastika əməliyyatından əvvəl

 

Rinoplastika: 

https://www.samisamin.com/rinoplastika-burun-emeliyyati/

https://www.instagram.com/drsamisamin/

KONSULTASİYA VƏ PLANLAMA

Fərdi Cərrahi Baxış və Dəqiq Planlama

Anatomik xüsusiyyətlərinizi Dr. Sami Samin ilə fərdi müayinə zamanı dəyərləndirin, sizə ən uyğun cərrahi planı müəyyənləşdirin.

Tibbi Ekspert Yoxlamasından Keçib
Yeniləndi: 3 dəq oxu 0 rəy
Müəllif • Tibbi Ekspert Yoxlamasından Keçib

Dr. Sami Samin

Plastik, Rekonstruktiv və Estetik Cərrah • Baku Medical Plaza

Baku Medical Plaza ISAPS Üzvü TPCD Üzvü

Təhsilini və uzmanlığını Türkiyənin qabaqcıl tibb universitetlərində tamamlamış, beynəlxalq estetik cərrahiyyə cəmiyyətlərinin (ISAPS, TPCD) fəal üzvüdür. Hazırda Bakıda Baku Medical Plaza klinikasında pasiyentlərin qəbulunu və cərrahi əməliyyatlarını həyata keçirir.

Bu məqalə Dr. Sami Samin tərəfindən beynəlxalq tibbi protokollara (Mayo Clinic, NHS, ASPS, Cleveland Clinic) əsasən yazılmış və təsdiq edilmişdir.

Fikrinizi Bildirin

E-poçt ünvanınız dərc edilməyəcək. Vacib xanalar * ilə işarələnib.