Reduksion mammoplastika. Sinə kiçiltmə əməliyyatı
  • 1
  • 0

Reduksion mammoplastika. Sinə kiçiltmə əməliyyatı

Bəzi qadınların sinələrinin həddən artıq böyük olması həm sosial, həm psixoloji narahatlıqlara səbəb olur. Onlarda baş, çiyin ağrısı, kürək və boyunda əzələ gərilməsi kimi fiziki problemlərə daha çox rastlamaq mümkündür. Reduksion mammoplastika – sinə kiçiltmə əməliyyatı qadının özünə inamı və həyat keyfiyyətinin artmasına kömək edir.

Əməliyyat üçün göstərişlər

Sinə kiçiltmə əməliyyatını aşağıdakı hallarda həyata keçiririk:
Tənəffüs çətinlikləri
Onurğa sütunu əyrilikləri
Boyun və bel ağrıları, döş altında dəri qıcıqlanması
Alt və üst geyim seçimindəki çətinliklər
Xarici görünüşdən narazılıq (psixoloji narahatlıq).

Sinə kiçiltmə əməliyyatına əks göstərişlər.

Reduksion mammoplastikanı aşağıdakı hallarda etmək olmaz:
Ürək-damar patologiyaları
Kəskin-infeksion xəstəliklər
Onkoloji problemlər
Xroniki qaraciyər, böyrək və digər orqan patologiyaları
Şəkərli diabet.

Əməliyyata hazırlıq

Sinə kiçiltmə əməliyyatından əvvəl pasiyenti bir sıra müayinələrə yollayırıq. Biokimyəvi və ümumi qan analizi, koaquloqramma və s. Bundan əlavə, süd vəzilərinin USM-i, ağciyərlərin rentgeni və EKQ-nə də ehtiyac olur.
Reduksion mammoplastikadan əvvəlki bu müayinələr mümkün riskləri önləməyə imkan verəcəkdir.

Sinə kiçiltmə əməliyyatının gedişi

Assimmetriyaya səbəb olmamaq üçün mümkün olduqca dəqiq şəkildə artıq dəri, vəzi toxuması, yağları çıxarırıq. Reduksion mammoplastika əməliyyatının müddəti 1.5-3 saat arası çəkə bilər. Yalnız ümumi anesteziya altında aparılır. Müdaxilənin növü döşün orijinal formasından, artıq dərinin həcmi, çıxarılacaq sekretor toxuma nisbətindən asılıdır.

Sinə kiçiltmə əməliyyatı sonrası

Ümumi anesteziya altında keçirildiyi üçün bu prosedur zamanı hər hansı ağrı hiss etmirsiniz. Sinə kiçiltmə əməliyyatından sonra isə yaranacaq ağrılara qarşı həkim nəzarətində ağrıkəsici dərman qəbul edə bilərsiniz. Döş hissəsində qançırlar, hissiyyat itkisi reduksion mammoplastikadan sonrakı təbii olaraq qarşılanan şikayətlər sırasındadır.

Sinə kiçiltmə əməliyyatından sonra iz qalırmı?

Həkimin istifadə etdiyi texnikadan asılı olaraq fərqli çapıq qala bilər. Çapıqlar döş altında tərs T, L və ya I şəklində yara izi olaraq qalır. Reduksion mammoplastikadan sonra çapığın çox az qalması üçün kəsiyi mümkün olduğu qədər diqqətli və kiçik etməyə çalışırıq. Eyni zamanda, tikərkən də çox nazik saplardan istifadə edirik.

Dr. Sami Saminin əməliyyatlarına baxmaq üçün instagram səhifəsinə keçid edə bilərsiniz: https://www.instagram.com/p/B52CK8in8kp/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et