liposaksiya-nədir
  • 2
  • 0

Liposaksiya nədir?

Liposaksiya bədənin müxtəlif nahiyələrindəki piy yığıntılarını aradan qaldıran kosmetik əməliyyatdır. Bunu çox insan çəki azaltmaq proseduru kimi başa düşsə də, elə deyildir. Bədən çəkisi normal və ya bir qədər artıq olub, müəyyən yerlərində artıq piy yığıntıları olan pasiyentlər liposaksiya üçün idealdır.

Əməliyyata göstərişlər

Liposaksiya əməliyyatını aşağıdakı hallarda həyata keçiririk:
Artıq çəki normadan maksimum 30%-dən çox olarsa. Çünki daha çox piylənməsi olanlara əvvəlcə başqa üsulların istifadəsi məsləhətdir.
İdman hərəkətləri, pəhriz, masaj və s. ilə aradan qalxmayan lokal piy yığıntıları, disproporsional piylənmə mövcuddursa.

Liposaksiyaya əks-göstərişlər

Həddindən artıq kök və boşalmış dəriyə malik insanlarda bu əməliyyatın icrası arzuolunan deyil. Adətən 50-55 yaşdan sonra liposaksiya etmirik, çünki həmin insanlarda dərinin elastikliyi itir və sərbəst dartılma qabiliyyəti olmur.
Həmçinin şəkərli diabet, infeksion proseslər, qanın laxtalanmasının pozulması, qaraciyər və böyrək çatışmazlığı liposaksiyaya əks-göstərişdir.

Liposaksiyaya hazırlıq

Əməliyyata hazırlıq bədənin hansı hissəsindən piy toxumasını çıxaracağımızı aydınlaşdırmaq ilə başlayır. Daha sonra qan və sidik analizi, EKQ, zərurət yarandıqda daxili orqanların USM-i məsləhət görürük. Liposaksiyadan 1 həftə əvvəldən aşağıdakıları etmək lazımdır:
Siqaret çəkməyi dayandırmaq;
Qandurulducu vasitələrdən uzaq olmaq;
İdman və pəhrizə davam etmək.

Əməliyyatın gedişatı haqqında

Əksər hallarda liposaksiyanı ümumi anesteziya ilə həyata keçirir və təxminən 1 saat davam edirik. Əməliyyatın ümumi sahəsi və prosedurun mürəkkəbliyi hamıda eyni olmur. Bu səbəbdən liposaksiyanın davametmə müddəti dəyişə bilər. Yalnız kiçik bir ərazidən yağ xaric etmək lazım olduqda epidural anesteziyadan istifadə edirik.
Əvvəlcə müdaxilə zonalarını müəyyən etmək üçün xəstənin bədənini markerlə işarələyirik. Sonra kiçik kəsiklərdən nazik, uzun boru – kanyula yeritməklə dərialtı piy toxumasını xaric edirik. Bütün manipulyasiyalar başa çatdıqda tikişlər qoyuruq. Pasiyent hələ əməliyyat masasını tərk etməmiş ona kompression vasitə geyindirməkdə fayda var. Bu, reabilitasiya dövrünün vacib hissəsidir. Belə ki, piy toxumasını bədəndən xaric etdikdə dəri ilə əzələlər arasında boşluq yaranır. Sıxıcı geyimdən istifadə etmədikdə bu boşluğa maye dolaraq ödem yarana bilər. Bundan əlavə, kompressiya dərini dartmaqla, onun əməliyyatdan sonra sallanmasının qarşısını alır.

Liposaksiyadan sonra bərpa dövrü

Əməliyyat, əsasən ümumi narkozla yerinə yetirildiyindən, pasiyent ən azı 1 gün stasionarda qalmalıdır. Bu dövrdə ağrı və bəzən hərarətin bir qədər yüksəlməsi normaldır. Liposaksiyadan sonra şişkinlik ümumilikdə 3 ay müşahidə oluna bilər. Xüsusən pasiyent duzlu qidalara üstünlük verdikdə, pəhriz, kompression geyimə laqeyd yanaşdıqda belə hallara rast gəlirik.
Tikişləri, adətən əməliyyatın 7-ci günündə sökürük. Sorulan saplardan istifadə edəndə buna ehtiyac qalmır. Liposaksiyadan sonra 1 ay ərzində kompression vasitə geyinmək lazımdır.

 

Estetik burun əməliyyatı olan rinplastika haqqında sizə maraqlı ola bilər: Rinoplastika (Burun emeliyyati)

https://www.instagram.com/cosmeticsurgery_turkey/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et