Üz Estetikası
Üz Gərmə
ƏMƏLİYYAT METODU
Üz gərmə əməliyyatı, yaşlanma nəticəsində boşalan dərinin və dəstək birləşdirici toxumanın toparlanması əməliyyatıdır. Əməliyyat zamanı boşalmış dərinin bir hissəsinin kənarlaşdırılması lazımdır. Kəsiləcək dəri səbəbindən izlər qalacağından bu izlər daha az görünən sahələrdə gizlədilməyə çalışılır. Bu nahiyələr alın üçün saçlı dəri, orta üz və boyun nahiyəsi üçün isə yan tərəflərdə qulaq ətrafıdır. Əgər alt göz qapağının estetik əməliyyatı da icra olunacaqsa, bu kəsiklə birlikdə orta üz gərmə əməliyyatı eyni kəsikdən edilə bilər. Üz gərmədəki ən vacib incəlik üz dərinizi daşıyan dərindəki bağ toxuması da toparlandığından üz mimika əzələlərini hərəkət etdirən üz sinirinin (fasiyal sinir) qorunmasıdır. Bu sinir hər iki yanaq nahiyəsində çox incə şaxələrə ayrılmaqda və bu bağ toxuma ilə yaxın təmasda uzanmaqdadır. Üz gərmə prosesi zamanı bu sinirlərin müvəqqəti və ya qalıcı zədələnmə riski olduğundan əməliyyatın təcrübəli əllərdə icra olunması riski azaldacaqdır. Üz gərmə əməliyyatı zamanı göz qapağı əməliyyatları, piy və ya dolğu inyeksiyaları ilə digər nahiyələrin də bərpasını təmin edəcək əlavə tətbiqlər nəticənin daha yaxşı olması üçün tələb oluna bilər. Bununla bağlı müayinə zamanı ətraflı məlumat ala bilərsiniz.
ƏMƏLİYYATDAN ƏVVƏL DİQQƏT EDİLƏCƏK MƏQAMLAR
Ümumi sağlamlıq vəziyyətinizin yaxşı olması, əməliyyata psixoloji olaraq hazır olmağınız və əməliyyat nəticələri ilə bağlı real gözləntilər daşımağınız vacibdir. Pasiyentin müayinəsində varsa spirtli içki, siqaret və zərərli vərdişləri, hipertoniya, ürək-damar, qaraciyər kimi xəstəlikləri estetik cərrah tərəfindən dəyərləndirilir. Xüsusilə siqaret istifadəsinin 3 həftə əvvəl dayandırılması vacibdir. Əks halda fəsadların yaranma riski artacaqdır.
ƏMƏLİYYAT YAŞI
Orta hesabla 40 yaş və üzəri olanlar; 40 yaşdan aşağı olmasına baxmayaraq boyun, üz və dodaq kənarlarında sallanma, piylənmə və qırışları olan şəxslər üçün uyğun bir əməliyyatdır.
ANESTEZİYA METODU VƏ MÜDDƏTİ
Əməliyyatlar xəstəxana şəraitində, ümumi anesteziya altında icra edilir. Əməliyyat müddəti 2-4 saat arasındadır. Əməliyyatın sonunda iş icra olunan nahiyəyə iki ədəd drenaj qoyulur. Bu drenajlar 24-36 saat sonra çıxarılır. Pasiyent əməliyyatdan üz gərmə korseti ilə çıxır və bu korsetin bir həftə taxılması tövsiyə edilir.
SAĞALMA MÜDDƏTİ
Əməliyyatdan sonrakı tikişlər adətən öz-özünə sorulan tikişlər olduğundan onların sökülməsinə ehtiyac yoxdur. Əgər bir neçə sorulmayan tikiş olarsa, 7-ci gündə çıxarılır. Üzünüzdəki şişkinliklər 1-2 həftə ərzində çəkilməyə başlayır. Dərinizin yumşalması və şişkinliklərin azalması üçün nəmləndiricilərlə uyğun şəkildə masaj etməniz tövsiyə edilir. Ağrı narahat edəcək dərəcədə olmur və ağrıkəsici dərmanlarla rahatlıqla nəzarət altına alına bilir. Şişkinlik və göyərmələr ilk bir neçə gün ərzində sürətlə azalır və 2 həftə ərzində itir. Dərinin üz üzərinə tam oturması təxminən 4-6 ay çəkir. Bəzi pasiyentlərin toxuma keyfiyyətindən asılı olaraq 7-15 il sonra təkrar əməliyyat ehtiyacı yarana bilsə də, bir çox pasiyentdə ikinci bir estetik müdaxiləyə ehtiyac qalmır.

