Məqalələr

Üz gərmə əməliyyatı (facelifting)

+994 50 600 04 44 WhatsApp ilə Əlaqə
Üz gərmə əməliyyatı nədir?

Üz gərmə əməliyyatı nədir?

Facelifting ilə burun-dodaq büküşləri və yaşlanmanın digər əlamətləri – qaş, yanaq sallanması, qırışlar əməliyyatla bərpa edilir.

Nə zaman ehtiyac vardır?

Hazırda cərrahi olmayan bir sıra estetik prosedurlar geniş yayılmışdır. Məsələn, botoks, dolğu, radiotezlik və lazer enerjisi ilə işləyən cihazlarla edilən prosedurlar. Buna baxmayaraq, əksər insanlarda 50 yaşdan sonra digər üsullarla həll edilə bilməyən dəri sallanması meydana çıxmağa başlayır. Əməliyyata məhz bu zaman ehtiyac yaranır. Xüsusən çənə və boyun nahiyəsindəki sallanma, qulağın önündəki dəri qırışları daha çox gözə çarpır.

Üz gərmə əməliyyatında nə edirik?

Kəsiklər saç xətti, qulaqönü xətt və qulaq arxasında gizli qalacaq şəkildə planlanır. Saçın içindən başlayan kəsik, qulaqönü və qulaqarxası nahiyə boyunca irəlilədilir. Yanaq dərisi qaldırılır və altındakı üz əzələlərini içinə daxil edən SMAS adlı toxumaya gərginləşdirici tikişlər atılır. Daha sonra artıq olan dəri çıxarılır və qalan toxumalar yeni yerinə tikilir. Göz qapağı plastikası və boyun gərməyə ehtiyac varsa, birgə edilə bilər. Bu səbəbdən əməliyyat müddəti 4-7 saat arasında dəyişir.

Əməliyyatından əvvəl nələrə diqqət yetirməli?

Aspirin, E vitamininə bənzər dərmanlar və bitki çayı qəbulu əməliyyatdan əvvəl dayandırılır. Çünki qanın durulaşmasına səbəb ola bilər. Saçlar əməliyyatdan sonra 1 ay ərzində rənglənə bilmədiyi üçün 1 həftə əvvəldən edilməsi məsləhətdir.

Üz gərmə əməliyyatının izi qalırmı?

Yaranacaq izlər istifadə olunan xüsusi tikiş və sarğı materialları ilə minimuma endirilir. Çapıq izi görünmür, çünki daha çox baş dərisinin tüklü hissəsindədir. Qulaq ətrafındakı yara da qulaq-üz birləşmə xəttində olduqda demək olar, aydın görünmür.

Üz gərmə əməliyyatından sonra nələrə diqqət yetirməli?

Maye yığılmasının qarşısını almaq üçün qulağın arxasındakı drenaj 1-2 gündən sonra çıxarılır. Buz tətbiqi sağalma müddətini sürətləndirir. Əməliyyatın ikinci günü xəstəxanadan çıxmaq olar. Üz gərmə əməliyyatından 2 gün sonra duş qəbul edə bilərsiniz. Təxminən bir neçə həftə ərzində üzdə keyimə olması normaldır. Makiyaj edərkən və saçlarınızı darayarkən ehtiyatlı davranın. Üz gərmə əməliyyatından sonra ən azı iki həftə cinsi əlaqə və ağır məşqlərdən çəkinin. Bir neçə ay spirtli içki qəbulu, buxar vannası və sauna kimi fəaliyyətlərdən uzaq olun. Günəşdən qoruyucu kremlər 6 aya qədər mütəmadi istifadə olunmalıdır. Şişkinlik və qançırlar 3 həftəyə keçir. İkinci həftədə işə qayıtmaq mümkündür.

KONSULTASİYA VƏ PLANLAMA

Fərdi Cərrahi Baxış və Dəqiq Planlama

Anatomik xüsusiyyətlərinizi Dr. Sami Samin ilə fərdi müayinə zamanı dəyərləndirin, sizə ən uyğun cərrahi planı müəyyənləşdirin.

Tibbi Ekspert Yoxlamasından Keçib
Yeniləndi: 3 dəq oxu 1 rəy
Müəllif • Tibbi Ekspert Yoxlamasından Keçib

Dr. Sami Samin

Plastik, Rekonstruktiv və Estetik Cərrah • Baku Medical Plaza

Baku Medical Plaza ISAPS Üzvü TPCD Üzvü

Təhsilini və uzmanlığını Türkiyənin qabaqcıl tibb universitetlərində tamamlamış, beynəlxalq estetik cərrahiyyə cəmiyyətlərinin (ISAPS, TPCD) fəal üzvüdür. Hazırda Bakıda Baku Medical Plaza klinikasında pasiyentlərin qəbulunu və cərrahi əməliyyatlarını həyata keçirir.

Bu məqalə Dr. Sami Samin tərəfindən beynəlxalq tibbi protokollara (Mayo Clinic, NHS, ASPS, Cleveland Clinic) əsasən yazılmış və təsdiq edilmişdir.

1 Şərh

  1. Sami Samin
    27 İyun 2025 saat 12:49

    Salam,uzgerme emeliyyati nahiyyeye gore deyisir qiymet, butun uzgermr 9000 yaxindi qiymet
    Daha deqiq qiymeti doktor muayineden sonra deyir,müayine pulsuzdur.
    Asistanim Sema hanima yaza bilirsiniz +994506000444

Fikrinizi Bildirin

E-poçt ünvanınız dərc edilməyəcək. Vacib xanalar * ilə işarələnib.