Mamoplastika (Süd vəzi böyütmə)
  • 1
  • 0

Addım-addım sinə böyütmə əməliyyatı(Mamoplastika)

Sinə böyütmə əməliyyatı nədir?

Hazırda mammoplastikanın (süd vəzi plastikası) ən geniş yayılmış növü sinə böyütmə əməliyyatıdır. Digər adı ilə desək, auqmentasion mammoplastika. Bu əməliyyat, adətən iki səbəbə görə aparılır: kiçik sinəni həcmləndirmək, ya da süd vəzisinin bərpası.
Süd vəzi ölçüsünü böyütmək üçün istifadə edilən protezlərdəki (implant) əsas maddə protezin xarici səthindəki silikondur. İçərisindəki maddə isə fərqli ola bilir. Hər protezin öz üstünlükləri və mənfi cəhətləri vardır. Ən önəmlisi odur ki, əməliyyatdan əvvəl bunlar ətraflı müzakirə edilsin və hansının istifadə olunacağına qərar verilsin.

Silikon sinə protezi nədir?

Silikon məhsullar kosmetik sənayedə və tibdə başqa məqsədlər üçün də istifadə olunur. Bu materialdan hazırlanmış protezlər süd vəzi formasında düzəldilən şar kimi bir quruluşa malikdirlər. Onların yumru və damla şəklində növləri ayırd edilir. Çünki vəzidə yerləşdirilməsinə görə ən uyğun forma bunlardır. Hansından istifadə ediləcəyi isə pasiyentə müvafiq olaraq seçilir.

Əməliyyatdan əvvəl nəyi bilməlisiniz?

Protez yerləşdiriləcək pasiyentin yaşı 40-dan yuxarıdırsa, əməliyyatdan əvvəl mammoqrafiya və ultrasəs müayinəsi aparılır. Auqmentasion mammoplastikadan sonra ödem və ağrı kimi şikayətlər müşahidə olunur. Bəzi pasiyentlər döş uclarında həssaslığın artması və ya azalması yaxud kəsik ətrafındakı keyimədən şikayət edirlər. Bunlar, adətən müvəqqəti xarakter daşıyır.
Sinə böyütmə əməliyyatı barədə qərar verməzdən öncə sizi narahat edən qüsurunuz və əməliyyatdan gözləntiləriniz barədə həkiminizə dəqiq bir şəkildə danışmalı, protezin hansı kəsikdən qoyulacağını müzakirə etməlisiniz.

Əməliyyat proseduru

Auqmentasion mammoplastika xəstəxana şəraitində ümumi anesteziya altında aparılır və təqribən 2-2,5 saat çəkir. Protezin yerləşdirilməsi üçün 4-5 sm kəsik edilir.
Protez pasiyentin süd vəzi formasından asılı olaraq vəzi toxuması və ya döş əzələsinin arxasında yerləşdirilə bilər.

Əməliyyatdan sonrakı ağrı

Əzələ altına qoyulan protezlər ilə üzərində yerləşdirilənlər arasında ağrı fərqi vardır. Başqa sözlə, birinci halda ağrı digəri ilə müqayisədə daha çox olur. Ancaq bu ağrıların hamısı yüngül ağrıkəsicilər ilə sakitləşdirilə bilir. Hər əməliyyatda olduğu kimi sinə böyütmə əməliyyatından sonra da ağrıkəsici dərmanlar verilir. Bu dönəm, adətən 3 gün davam edir.

Əməliyyat ilə bağlı mümkün problemlər

Hər əməliyyat bəzi arzuolunmaz vəziyyətlər ilə nəticələnə bilər. Qısası, bu mövzunu həkiminizlə müzakirə etmək faydalıdır. Həkim bütün riskləri özündə cəmləşdirən məlumat və razılıq mətnini sizinlə bölüşəcək və əməliyyata dair təsdiq alacaqdır.

Auqmentasion mammoplastika sonrası

Əməliyyat günü və ya 1 gün sonra xəstəxanadan çıxa bilərsiniz.
3-6 gün arasında orta dərəcədə şişkinlik və göyərmə müşahidə edilə bilər.
6 həftə boyunca yumşaq alt paltarı geyinmək məsləhətdir.
İşə 3-7 gün ərzində qayıtmaq mümkün olur.
Sinə böyütmə əməliyyatından 2 həftə sonra yürüyüş, 4 həftədən sonra qaçışa başlamaq olar. Qolların aktiv istifadə olunduğu fitness və tennis kimi məşqlərə 6-8 həftədən sonra başlanır.
1-2 ay ərzində sinə 30% daha böyük görünür. Bu, cərrahi şişkinlikdir, keçir və üç ay ərzində süd vəzi tam formasını alır.

 

Sizin üçün maraqlı ola bilər: estetik burun əməliyyatı olan rinoplastika

https://www.instagram.com/cosmeticsurgery_turkey/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et