• 100
  • 0

Liposaksiya problemli bölgələrdə toplanan piylərdən azad edərək, bədənə estetik gözəl görünüş bəxş edən əməliyyat növüdür.

Bu əməliyyata ən çox qarın, bud, sağrı əzələləri, diz və bel kimi nahiyələrdə artıq piylərdən əziyyət çəkən insanlar müraciət edirlər.

Liposaksiya kiçik, 1-2 mm-lik kəsiklər aparılaraq, 2-3 mm enində incə və uzun kanyulalar vasitəsilə həyata keçirilir. Bu kanyulalar piyli nahiyələrdən yağları vakuumlayaraq çıxarmaq üçün tətbiq olunur.

Əməliyyatdan sonra bərpa müddəti nə qədər davam edir?

#Liposaksiya əməliyyatından bir həftə sonra tikişlər götürülür. Əməliyyatdan sonra həkimin təyin etdiyi xüsusi korsetlərdən istifadə etmək vacibdir. Bu korsetlər alınmış yağ toxumasının miqdarı və pasiyentin individual göstəriciləri nəzərə alınaraq 4-8 həftə istifadə olunur.

Əməliyyatdan sonra ödemlər və göyərmələrin olması normal bir hal olub, müəyyən zaman içində tamamilə aradan qalxır.

Pasiyentin vəziyyətindən asılı olaraq 1-3 həftə sonra normal həyatına dönə bilir.

Onu da qeyd edək ki, liposaksiya #arıqlama metodu deyil. Bu əməliyyatın aparılmasında əsas məqsədi pasiyenti lokal piylənmədən azad etməkdir.

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et