Lip Lift ile təbii dodaq qaldırma!
  • 1
  • 0

Lip Lift ile təbii dodaq qaldırma!

Lip Lift əməliyyatı dodaq böyütmə kateqoriyasına aiddir, lakin daha da əhəmiyyətlisi bu praktikada dolğu maddəsi yoxdur. Bu əməliyyat nəticəsində daha dolğun üst dodaq əldə edəcək, üz cizgilərini balanslaşdıracaq və daha gözəl bir görünüş qazanacaqsınız.

Dodaq qaldırma əməliyyatı(Lip Lift)

Lip Lift nədir?

Lip Lift başqa bir adı ilə üst dodaq qaldırma əməliyyatı, dodaq inyeksiyası və dodaq implantı ehtiyacını aradan qaldırmaq üçün dodaq böyütmə prosedurudur. Dodaqlardakı Vermillion hissəsi (dodaq hissəsi) dar olduqda, yuxarı dodaq nazik görünür və burun ilə dodaq arasındakı məsafə buna uyğun olaraq uzun görünür. Böyük üst dodaqlara sahib olmaq eyni zamanda da cazibədarlığın əlamətidir. Qadınlar dodaqlarını daha dolğun, daha böyük və cazibədar göstərmək üçün dodaq boyasından daha aşırı şəkildə istifadə edirlər. Dodaqları bu şəkildə gözə çarptırmağa çalışmaq həm uzunmüddətli bir nəticə təmin etmir, həm də yalnış makiyaj cəledicilikdən çox çirkin və bəsit görünüş yaradır.

Lip Lift yəni üst dodaq qaldırma əməliyyatında qadınların Philtrun Ridge yəni burun və dodaq arasındakı bığ hissəsində olan məsafəni azaldaraq dodaqlarda mələk qanadı effekti yaratmaq məqsədi qoyulur. Lip Lift dodaq enyeksiyalarına və dodaq implantlarına ehtiyacı aradan qaldıran təsirli həmçinin uzunmüddətli dodaq böyütmə və yenidən strukturlaşdırma prosedurudur.

Yaşın irəliləməsi ilə birlikdə dodaqların dolğunluğu və həcmi azalır. Həcm və dolğunluğun azalması yaşayan dodaqlar üzümüzə yaşlı və yorğun bir ifadə qatır. Üst dodaq ilə burun arasındakı məsafə getdikcə uzanır, bu da yuxarı üst dişlərin asılmış kimi görünməsinə səbəb olur. Bəzi insanlarda isə genetik olaraq görülən uzun və nazik üst dodaq forması üz estetikasını ön plana çıxarmaqdan çox, arxa plana çəkir. Yaşından asılı olmayaraq qadınlar Lip Lift əməliyyatı ilə mükəmməl qalıcılıqla cazibədar dodaqlara nail olmağı hədəfləyirlər. Lip Lift dodaq protezi əməliyyatı həmçinin dodaq silikonu və ya dolğu prosedurları kimi tətbiqlərə tez-tez ödəmə pul xərclərinidə aradan qaldırır.

Lip Lift əməliyyatı üst dodağı hədəf alan və insanın gülümsəməsini ortaya çıxran, eyni zamanda dodaqları həcmli və dolğun görünüşünü təmin edən əməliyyat növüdür. Lip Lift ilə üst dodağı nazik olan insanlarda alt dodaq ilə birlikdə estetik görünüş əldə edilir və həcm artımı təmin edilir.

Lip Lift əməliyyatı nədir?

Lip Lift əməliyyatının tətbiqi son dərəcə rahatdır. Lip Lift əməliyyatında burun və üst dodaq arasındakı uzunluq dəri və toxuma zolağı alınaraq çıxarılır və məsafə qısalır. Artıq dəri çıxarıldıqdan sonra kəsik hissə bir-birinə tikilir. Kəsik hissə qat-qat bağlanır və dodağa kifayət qədər möhkəmlik vermək üçün dərinin altına lazımi tikişlər qoyulur. Dərinin altına dərin tikişlər qoyulduqdan sonra dərinin kənarları diqqətlə hizalanır və kəsik mümkün qədər az görünür. Lip Lift ilə Cupid qövsü (yuxarı dodaqda iki zirvə) yenidən formalaşdırılaraq yuxarı dodaq və burun altı arasındakı məsafəni yenidən müəyyənləşdirir. Bir çox plastik cərrahlar bu sahənin ideal ölçüsünü 12 ilə 15 mm arasında hesab edirlər. Dodaq qaldırma ilə bu hissədəki əzələlər sıxılır və üst dodaq yenidən formalaşdırılır. Formalaşdırma proseduru orta hesabla 1 saat çəkir və bərpa müddəti təxminən 5-7 gün arasında dəyişir.

Lip Lift əməliyyatının dörd fərqli üsulu var;

Bullhorn dodaq liftinqi – hər yaşda olan insanlar arasında ən məşhur texnikadır. Üst dodaq və burun arasındakı məsafəni azaldır. Nəticədə dodaqlar nəzərəçarpacaq dərəcədə böyüyür və üz estetik nisbəti balanslaşdırılır.

Korium – daha əvvəl çıxarılmış dəri parçasını və ya yara toxumasını xəstənin daha dərin dodaq strukturlarına yerləşdirilməsi ilə dodaqların böyüdülməsi prosesidir.

Gullwing dodaq liftinqi – dodağın üst tərəfində yerləşən dəri zolağının qaldırılmasına əsaslanır. Tikişdən sonra dodaq daha həcmli və daha dolğun görünür. Çox dar dodaqları olan xəstələrə tövsiyə olunur.

Künc dodaq qaldırma – dodaq künclərini qaldıraraq, üzü daha şən edir. Dəri yalnız dodaqların xarici künclərindən çıxarılır.

Lip lift əməliyyatının qalıcı təsiri;

Üst dodaq daha qabarıq görünür

Üst dişlərin daha qabarıq görünüşü

Mütənasib və balanslaşdırılmış üz cizgiləri

Daha estetik, simmetrik və gənc üz

Üst dodaq və burun arasındakı məsafənin azaldılması

Lip lift kimlərə uyğundur?

Lip Lift (dodaq qaldırma) tətbiqi hər yaşda kişi və qadınlar üçün uyğun bir əməliyyatdır. Dodaq liftinqi üst dodaqlarının incəliyindən, burun və dodaq arasındakı məsafənin uzun olmasından şikayət edən, dodaqlarını qaldırmaq istəyənlər üçün uyğun əməliyyatdır.

Lip Lift əməliyyatında bərpa müddəti;

Lip Lift (dodaq qaldırma) əməliyyatından sonra ilk 72 saat ərzində yuxarı dodaq nahiyəsində ödem və şişkinlik meydana gəlir. Soyuq buz və soyuq kompres tətbiqləri ilə nəzarət olunan bu bölgədə şişkinlik zamanla azalır. Əməliyyatın xarakterindən asılı olaraq bu ödem və şişliklər normal hesab olunur. Əməliyyatdan sonra ağrı ehtimalına qarşı ağrılar aşağı dozalı ağrıkəsicilərlə idarə olunur. Lip Lift əməliyyatının sağalma müddəti insandan insana fərqli olsa da, ümumi olaraq bərpa müddəti 5 ilə 7 gün arasında davam edir. Burun altına qoyulan tikişlər əməliyyatdan 5 gün sonra çıxarılır.

Lip Lift tətbiqinə ehtiyacım varmı?

Lip Lift(dodaq qaldırma əməliyyatı) yəni üst dodaq qaldırma əməliyyatında hədəflənən üst dodağı burna yaxınlaşdıraraq daha dolğun, cazibədar və həcmli görünüşünü yaranmasını təmin edir. Bu proseslə üst dişlərin görünməsi və dodaq quruluşunun estetik görünüşü daha çox nəzərə çarpır. Dodaq protezlərinin yaratdığı süni görünüş yerinə daha çox gənc xəstələrdə Lip Lift əməliyyatına üstünlük verilir. Yaşlı xəstələrdə incəlmiş və dolğunluğunu itirmiş üst dodaq quruluşunu bərpa edərək daha dolğun görünüş vermək məqsədəuyğundur. Lip Lift tətbiqindən hər yaşda olan kişi və qadın xəstələr rahatlıqla faydalana bilərlər.

Üst dodaq qaldırma əməliyyatında üst dodaq ilə burun arasında qalan bı nahiyəsi olaraq da adlandırılan məsafə, şaquli olaraq uzunluğu qısaldılmasını təmin etmək üçün artıq dəri kəsilərək qaldırılır. Lip Lift əməliyyatında üz ölçülərinə uyğunlaşmaq üçün istədiyiniz ölçü əldə etmək üçün iki fərqli texnika tətbiq edilir. Birinci texnika; Üst dodaq silindirində qırmızı hissəsində edilən kəsiklə dərinin kiçik bir hissəsinin çıxarılması prosedurudur. Bu prosedurda xəstənin dodağında minimal çapıq qala bilər. İkinci texnika; burun altından kiçik bir kəsiklə dodağa qədər olan açılışın daraldılması prosesidir. Kəsik izinin burnun alt tərəfində qaldığı bu prosedurda əməliyyatdan sonra görünən çapıq qalmır. Bu texnika ilə üst dodağın təbii kontur xətti qorunur. İkinci texnika, iz qalmaması səbəbindən daha populyar bir tətbiqdir.

Lip Lift(dodaq qaldırma) nə işə yarayır?

Burun və üst dodaq arasındakı məsafənin qısaldılması

Dodaqlarda olan qırışların yaxşılaşdırılması və aradan qaldırılması

Dodaqlara həcm və dolğunluq əlavə etmək

Dolduruculara ehtiyac azalır

Üst dişlər daha görünən olur

Dodaqların alt-orta səthinin qəbul edilən uzunluğunun qısaldılması

Cupid yayını, yəni iki dodaq arasındakı yay xəttini yuxarıya qaldırmaq

Üst və alt dodaq arasında təkmilləşdirilmiş balans, simmetriya və nisbətlər

Çəhrayı və ağ dodaqlarda həcm artımı

Dodaq künclərində incə yaxşılaşma

 

https://www.instagram.com/drsamisamin/

https://www.instagram.com/mamoplastika_baku/

 

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et