Sinə dikləşdirmə əməliyyatı Sinə dikləşdirmə əməliyyatına kimlər müraciət edir? Hər bir qadın dik və dolğun sinəyə sahib olmaq istəyir. Kilo alıb-vermə, genetik faktorlar, hamiləlik və əmizdirmə prosesi döşlərdə sallanmaya səbəb ola bilər.
  • 227
  • 0

Sinə dikləşdirmə əməliyyatına kimlər müraciət edir?

Hər bir qadın dik və dolğun sinəyə sahib olmaq istəyir. Kilo alıb-vermə, genetik faktorlar, hamiləlik və əmizdirmə prosesi döşlərdə sallanmaya səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün sinə dikləşdirmə əməliyyatını aparırıq. Mamoplastikada ən çox tərcih edilən əməliyyatdır.

Sinə dikləşdirmə əməliyyatı necə həyata keçiririk?

Əməliyyatı ümumi anesteziya altında aparırıq. 2-5 saat davam edə bilər. Xəstənin döşündə sallanma azdırsa, döş altına protez yerləşdirməklə yaxşı nəticə əldə etmək olar. Həddən artıq sallanma olan xəstələrdə artıq dərini çıxarır, daha dik və estetik bir görünüşü təmin edirik. Bəzi xəstələrdə həddən çox sallanma ola bilər. Belə hallarda süd vəzinin miqdarı yetərli deyilsə, onlara protez dəstəyi ilə eyni zamanda sinə dikləşdirmə əməliyyatı aparırıq. Döş protezi istənilən ölçü və modelə görə dəyişə bilər. Bununla yanaşı döşə yağ inyeksiyası sinə dikləşdirmədə istifadə edilən başqa bir üsuldur. Bu zaman xəstənin öz yağ toxumasından istifadə edərək otoloji yağ köçürülməsi həyata keçiririk.

Protez ilə sinə dikləşdirmə əməliyyatı nə zaman edilir?

Xüsusilə doğuşdan və əmizdirdikdən sonra döşləri boş olan, hətta kiçik və sallanan döşə sahib qadınlar üçün sinə dikləşdirmə əməliyyatı yalnız protez ilə mümkündür. Bu zaman protez istifadə edərək əvvəlkindən daha böyük ölçüdə sinə formalaşdırmaq mümkündür.

Əməliyyatı yağ inyeksiyası ilə necə etmək olar?

Liposaksiya yolu ilə xəstənin müxtəlif bölgələrindən artıq piyi götürüb təmizləyir, konsentrasiya edərək sinəyə yeridirik. Yağ inyeksiyasının ən yaxşı xüsusiyyəti insanın öz toxumasına sahib olmasıdır. Bununla yanaşı, çox arıq şəxslərdə sinə dikləşdirmə əməliyyatını bu üsulla edə bilmirik.

Sinə dikləşdirmə əməliyyatında izlər olacaqmı?

Bu əməliyyatlarda istifadə olunan cərrahi texnikaya görə düz bir xətt və ya döşün altında tərs çevrilmiş T-şəkilli yara izi ola bilər.

Sinə dikləşdirmə əməliyyatından sonrakı mərhələ xəstə 1 gün xəstəxanada qalır. Sinə dikləşdirmə əməliyyatından sonra yüngül ağrılar xaricində heç bir problem olmur. Xəstələr əməliyyatdan sonra təxminən 2 ilə 3 həftə arasında yüngül ödem hiss edə bilərlər. Bəzilərində isə göyərmə ola bilər, ancaq bu, müvəqqətidir.

https://www.instagram.com/p/CPTdbtYgKR9/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *