dovsan dodaq və qurd agizliq
  • 2
  • 0

Dovşan dodaq və qurd ağızlıq patalogiyasına ümumi baxış

Dovşan dodaqlıq (dodaq yarığı) – üst dodağın bir, yaxud iki tərəfində yarıq olmasıdır.  Deformasiyaya daha çox dodağın sol tərəfində rast gəlinir. Dovşan dodaq və qurd ağızlıq körpənin ana bətnində inkişafı zamanı müxtəlif səbəblərdən yaranan qüsurlara verilən addır. Qurd ağızlıqda (damaq yarığı) sərt, yaxud yumşaq damağın orta hissəsində ara olur. Nəticədə ağız və burun boşluqları arasında anormal bir əlaqə yaranır.
Müşahidələrə görə, müasir dövrdə dovşan dodaq və qurd ağız patologiyası ilə doğulan uşaqların sayı getdikcə artır. Belə ki, hər 1000 uşaqdan 1-də buna rast gəlinir.

Dovşan dodaq və qurd ağızlığın yaranma səbəbləri

Körpənin dodaq toxumasını təşkil edən hüceyrələrin birləşməsi 4-5-ci həftədə, damaq hüceyrələrinin birləşməsi isə daha gec, 8-9-cu həftələrdə başlayır.
12-ci həftədə körpənin dodaq və damaq quruluşunun birləşməsi tamamlanır. Bəzən birləşmə prosesi tam başa çata bilmir, bu səbəbdən də yarıq meydana çıxır.
Dovşan dodaq və qurd ağızlığın yaranma səbəbi haqqında araşdırmalar davam edir. Bunda həm genetik, həm də ətraf mühit faktorlarının təsirinin olduğu düşünülür.

İrsi faktorlar

Belə ki, ailə üzvlərində dovşan dodaq və qurd ağızlıq varsa, doğulacaq körpədə də əmələ gəlmə ehtimalı yaranır. Bundan əlavə, başqa anadangəlmə sindromlar ilə yanaşı şəkildə də bu patologiyalara rast gəlmək mümkündür.

Ətraf mühit faktorları

Hamiləlik dövründə bəzi dərmanlardan (məsələn epilepsiyaya qarşı fenitoin, üz sızanaqlara qarşı retinoik və izoretinoik turşular kimi) istifadə etməsi isə bu riski daha çox, təqribən 10 dəfə artırır. Hamilə qadının spirtli içkilərdən istifadə etməsi və siqaret çəkməsi dovşan dodaq və qurd ağız uşaq dünyaya gətirmə riskini 2 dəfə artırır.

Dovşan dodaq və qurd ağızlığın rastgəlmə tezliyi

Dovşan dodaq və qurd ağızlıq çox vaxt birlikdə müşahidə edilir. Xəstələrin 46%-də həm dodaq, həm də damaq yarığı, 33%-də təkcə damaq, 21%-də isə təkcə dodaq yarığı var. Qurd ağız uşaqlar arasında qızlar daha çoxluq təşkil edir. Oğlanlarda isə dovşan dodaq və qurd ağız deformasiyalarının kombinasiyası üstünlük daşıyır.

Müalicə

Dovşan dodaq və qurd ağız uşaqların müalicəsi cərrahi yolla həyata keçirilir. Zamanında aparılan əməliyyat xəstəni bir çox problemdən qurtarır. Valideynlər unutmamalıdırlar ki, müalicəsi bəzən uzun və çoxmərhələli olur, dolayısı ilə desək, səbr tələb edir.

Müalicə başda plastik cərrah olmaqla ortodont, otolarinqoloq, loqoped, pediatr, psixoloq və psixiatr daxil olan həkim komandası tərəfindən aparılır.

Ən önəmlisi odur ki, dovşan dodaq və qurd ağız uşaqların gələcəkdə cəmiyyətin normal üzvü ola biləcəkləri unudulmamalıdır və lazım olan bütün müalicələr zamanında aparılmalıdır.

https://www.instagram.com/p/CF2HbRWD8Qk/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et