aciq rinoplastika emeliyyatindan sonra
  • 1
  • 0

Açıq rinoplastikada ən çox soruşulanlar

Açıq rinoplastika burun dəlikləri arasında kiçik bir kəsik edərək həyata keçiririk. Bu hissədən dərini qaldırır və lazım olan müdaxiləni edirik.
Açıq burun əməliyyatını bütün tip burunlarda icra edilə bilər. Xüsusən travmatik, qalın dərili burunların plastikası, revizyon (təkrari) rinoplastikada bu üsula müraciət edirik. Həddən artıq əyriliyi olan burunların düzəldilməsi üçün də açıq burun əməliyyatına üstünlük veririk. Bu tip burunların korreksiyasında qapalı rinoplastika, demək olar ki, seçimimiz deyildir.

Açıq burun əməliyyatı nə qədər çəkir?

Açıq rinoplastika çəpər əyriliyi və s. kimi problemlər yoxdursa, 2-2,5 saat çəkir. Lakin daha mürəkkəb ikincili problem və ya qığırdaq çıxarılması kimi digər prosedurlar varsa, əməliyyat müddəti uzanır.

Əməliyyatdan sonra nələrə diqqət etməli?

Açıq rinoplastikadan sonra xüsusən travma almamağa diqqət yetirin. Həmçinin ağız nahiyəsini yormayan yumşaq qidalar qəbul edin. Həkim tərəfindən təyin olunan vaxta qədər eynək taxmaq və dişləri çox fırçalamaq olmaz. Yatarkən hündür yastıqdan istifadə edin. Açıq rinoplastika əməliyyatından sonra həkim tərəfindən təyin olunan vaxta qədər idmanı dayandırın. Burundan nəfəs ala bilməmək səbəbindən yaranan ağız quruluğunu aradan qaldırmaq üçün bol su için. Ən azı 1 ay günəş kremindən istifadə edin.

Açıq burun əməliyyatlarında qanaxma çox olur?

Açıq rinoplastikada kəsik millimetr ölçüsündədir. Qanama həkim tərəfindən də arzuolunmaz vəziyyətdir. Həm cərrahi müdaxiləni çətinləşdirir, həm də postoperativ şişkinlik və göyərmələrin davametmə müddətini artırır. Ona görə də az qanaxma ola biləcəyi hissədən girərək bunun qarşısını mümkün qədər alırıq.

Açıq burun əməliyyatından sonra burunda qoxu itkisi olurmu?

Açıq rinoplastikadan sonra bu hissədəki ödem və ya dar bir yerdə selikli qişanın sıxılması səbəbindən qoxu problemi yaranmağı mümkündür. Lakin bu, müvəqqətidir.

Açıq burun əməliyyatlarından sonra göyərmə və ödem nə vaxt keçir?

Bu, etdiyimiz müdaxilənin növünə görə dəyişir, ümumilikdə 7-10 gün arasında göyərmələr saralır. Ən çox şişkinlik və ödem açıq rinoplastika əməliyyatından sonrakı ilk 2 gündədir. İlk həftədə ödemin əksər qismi keçsə də, tamamilə yox olması 3 aya qədər çəkə bilər.

Açıq rinoplastika əməliyyatından şəkillər

aciq burun emeliyyatindan evvel
Açıq burun əməliyyatından əvvəl
aciq burun emeliyyatindan sonra
Açıq burun əməliyyatından sonra
aciq rinoplastika emeliyyatindan sonra
Açıq rinoplastika əməliyyatından sonra
aciq rinoplastika emeliyyatindan evvel
Açıq rinoplastika əməliyyatından əvvəl

 

Rinoplastika:  https://www.samisamin.com/rinoplastika-burun-emeliyyati/

https://www.instagram.com/drsamisamin/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et