
Burun əməliyyatı – rinoplastikadan sonra bir müddət müvəqqəti qadağalar qoyulur.
Ən azı 1 ay ağırlıq qaldırmaq, başı kəskin şəkildə qabağa əymək və qaçmaq olmaz. Sakit bir həyat tempinə riayət olunmalıdır – yalnız asta sürətli gəzintilərə icazə verilir.
İdmana və ya fitnesə təxminən 2-3 aydan sonra qayıtmaq olar. Ancaq bəzi istisnalarla: boks, əlbəyaxa döyüş, karate və s. kimi burun zədəsi riski yüksək olan məşqlərdən uzaq durmaq məsləhət görülür.
Yalnız altı ay və ya bir ildən sonra plastik cərrah tərəfindən təkrar müayinədən keçərək tam idman ritminə qayıtmağa icazə verilir.


