qapali burun emeliyyatindan sonra
  • 3
  • 0

Qapalı burun əməliyyatı nədir?

Qapalı rinoplastikanı burun dərisini kəsmədən, yumşaq toxumaları açmadan və dəridə iz qoymadan həyata keçiririk. Bu əməliyyatda bütün kəsikləri burun dəliklərindən keçərək edirik. Kənardan heç bir kəsik aparılmır. Buna görə də burunda yara izi olmur. Qapalı rinoplastika bir sıra üstünlüklərinə görə bu gün ən çox seçilən burun əməliyyatı növüdür.

Burundakı problemlər hər iki burun deşiyində edilən kiçik kəsiklər ilə aradan qaldırılır. Açıq texnoloji rinoplastika ilə edilə bilən hər şey qapalı rinoplastika ilə edilə bilər. Burnunuzun qapalı rinoplastika üçün uyğun olmadığı ilə bağlı yanaşma doğru yanaşma deyil. Qapalı texnika ilə burun dərisini və burundakı yumşaq toxumaları açmağa ehtiyac yoxdur. Bu şəkildə dəri və yumşaq toxuma daha az zədələnir.  Burnun sağalma prosesi sürətlənir. Burun ucunda heç bir çapıq izi qalmır.

Qapalı rinoplastika iki yolla tətbiq oluna bilər.

  1. Birinci üsulda burun körpüsü çıxarılır və burun qığırdaqlarını görmədən sümük daralır. Qığırdaq toxumaları çox istifadə edilmir. Bu isə daha az nəzarət olunan bir üsuldur.
  2. İkinci üsulda burun ucu qığırdaqları düzəldilir. Eni zamanda açıq texnikada istifadə edilə biləcək bütün üsullar qığırdaq və dəri bütövlüyü qorunaraq tətbiq edilir.

Qapalı rinoplastikanın üstünlükləri

Bunları aşağıdakı kimi sıralaya bilərik:

  1. Ən önəmlisi odur, burun xaricində heç bir kəsik aparılmadığı üçün özündən sonra iz qalmır.
  2. Qapalı rinoplastika etdirənlərin burnundakı hər hansı bir əzələ və ya toxuma zədələnmir.
  3. Burundakı yumşaq toxumalar zədələnmədiyi üçün daha təbii bir görünüş əldə edirik.
  4. Qapalı rinoplastikadan sonra minimal şişkinlik görünür və heç bir göyərmə olmur.
  5. Sağalma prosesi açıq rinoplastikaya nəzərən daha sürətli baş verir.
  6. Qapalı rinoplastika əməliyyatında texnika baxımından heç bir damar və sinir kəsilmədiyi üçün burun ucunda keylik olmur.
  7. Xəstə bir həftə ərzində normal həyatına davam edə bilər.
  8. Sağalma prosesi 6 həftə içində başlayır və tam bərpa orta hesabla 1 ildə tamamlanır.
  9. Xəstənin ikinci əməliyyatıdırsa, burun ucunda problem yoxdursa və ya burun ucundakı zədələnmə azdırsa, qapalı üsula üstünlük verilməsi daha çox məsləhət görülür.

Qapalı burun əməliyyatı ilə hansı şikayətlər aradan qalxır?

Qapalı rinoplastika ilə açıq rinoplastikada həll edilən bütün problemlər aradan qaldırıla bilər. Yəni müxtəlif burun deformasiyaları, tənəffüs yollarında nəfəsalma şikayətlərinə səbəb olan bütün problemlərə müdaxilə etmək mümkündür.

Qapalı burun əməliyyatı necə edilir?

Qapalı rinoplastika əməliyyatı demək olar ki, ümumi anesteziya altında aparırıq. Burunda ciddi problem yoxdursa və müdaxilə edəcək sahə azsa, lokal anesteziyaya da üstünlük verilə bilər. Əməliyyatın müddəti orta hesabla 1-3 saat arasındadır. Burun dəliklərindən keçməklə edilən kəsiklər ilə ona lazımi müdaxilələr edilir və estetik tikişlərlə əməliyyat tamamlanır.

İstifadə ediləcək anesteziya növü burundakı müdaxilənin ölçüsünə, xəstənin ümumi sağlamlıq vəziyyətinə, xəstənin və cərrahın seçiminə görə təyin olunur. Ancaq bir çox cərrah ümumi anesteziyadan istifadə etməyi üstün tutur. Əməliyyatdan sonra rahat nəfəs almağı təmin edən silikon atellər istifadə olunur. Buruna qoruyucu lent yapışdırılır. Buruna qoyulmuş tikişlərin öz-özünə sökülən dikiş olduğu üçün götürülməsinə ehtiyac yoxdur. Həmçinin yumuşaq toxumaların açılmasına ehtiyac yoxdur.

Qapalı rinoplastikadan sonra

Əməliyyat lokal anesteziya altında edilərsə, xəstəni həmin gün evə buraxmaq olar. Ümumi anesteziyadan sonra isə bir gün nəzarət altında qalmağı istənə bilər.
Qapalı burun əməliyyatından sonra qanaxmanı azaltmaq üçün buruna silikon atellər və qoruyucu bantlar vururuq. Bu atellər ilə xəstələr nəfəsalma problemi yaşamır. Onları 1 həftədən sonra çıxarırıq.
Qapalı rinoplastikadan sonrakı ilk 48 saat ərzində yüngül şişkinlik olması normaldır.
Xəstələr 1 həftədən və ya 10 gündən sonra gündəlik həyatlarına qayıda bilərlər.

Qapalı rinoplastikadan sonrakı ən önəmli nüanslar

Əməliyyatdan sonra aşağıda adı çəkilən nüanslara əməl etmək vacibdir.

  • Əməliyyatdan sonra ilk həftədə xəstələrə başlarının altında ən azı iki yastıqdan istifadə etmək məsləhətdir.
  • Yaxşılaşma müddəti orta hesabla 6 həftə çəkir. Əməliyyatdan 3 gün sonra duş qəbul etmək olar.
  • Xəstələr ağır idman növlərindən və iki ay günəş işığından uzaq olmalıdır.
  • Qapalı burun əməliyyatından sonra günəş eynəyindən istifadəni təxminən 2 ay təxirə salmalı.
  • Burunu günəş işığının birbaşa təsirlərindən qorumaq üçün qoruyucu kremlərdən ən azı bir ay istifadə etməli.

Burun əməliyyatı sonrası şəkillər

qapali burun emeliyyatindan evvel
Qapalı burun əməliyyatından əvvəl
qapali burun emeliyyatindan sonra
Qapalı burun əməliyyatından sonra
qapali rinoplastika emeliyyatindan evvel
Qapalı rinoplastika əməliyyatından əvvəl
qapali rinoplastika emeliyyatindan sonra
Qapalı rinoplastika əməliyyatından sonra

Bu yazımızda Piezo Burun Estetikası haqqında oxuya bilərsiniz: https://samisamin.com/piezo-burun-estetigi/

Rinoplastika nədir? Kimlər Rinoplastika edə bilər? suallarına cavab tapmaq üçün bu məqaləmizi oxuya bilərsiniz:  Rinoplastika nədir?

Açıq rinoplastika haqqında bu məqaləmizdə bəhs etmişik: https://www.samisamin.com/aciq-rinoplastika-aciq-burun-emeliyyati/

https://www.instagram.com/p/CNaX4zKjvZv/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et